Icma.az
close
up
RU
Polşanın “binokl diplomatiyası” prezident Anjey Duda niyə təxribata uydu?

Polşanın “binokl diplomatiyası” prezident Anjey Duda niyə təxribata uydu?

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Polşa prezident Anjey Duda Aİ-nin müşahidə missiyasında polyakların sayını artırmağı planlaşdırır. Polşa lideri bu barədə İrəvana səfəri zamanı erməni mətbuatına məlumat verib. Duda bildirib ki, iki həftə əvvəl o, Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb və o, Ermənistana səfər etmək planlarından danışıb və orada öz mövqeyini bildirib. Amma məsələ bununla bitmir.

“Xoşbəxtlikdən, sülh prosesi və bu münaqişəli məsələlərin həlli irəliləyir. Bu çox çətindir. Bunlar demək olar ki, azərbaycanlılarla ermənilərin münasibətləri, insanların, müxtəlif etnik qrupların məskunlaşdıqları yerlərin çoxəsrlik problemləridir. Amma bu sülh prosesi irəliləyir”, deyə Duda bildirib. O, Aİ missiyasının guya “gərginliyin” sabitləşməsinə nail olduğunu bildirib, lakin nəyi nəzərdə, Aİ-nin sulh prosesinə qərəzli münasibətdən başqa hansı töhfə verdiyi məlum deyil:

“Orada (sərhəddə) vəziyyət əslində kifayət qədər gərgindir, xüsusən də son vaxtlar tikilmiş yeni istehkamların sayını nəzərə alsaq. Ümumiyyətlə, bunlar çox çətin suallardır. Aİ missiyası bu tapşırığı Ermənistan-Azərbaycan sərhədinin min kilometri boyunca həyata keçirir, ona görə də bu, demək olar ki, asan deyil, nəhəng işdir və bu missiyanın tərkibində olan yüzdən çox insan tərəfindən həyata keçirilir. Onlar bu ərazilər üzərində daimi nəzarəti saxlamağa çalışırlar və missiyanın məsələn, vəziyyəti sakitləşdirməkdə müəyyən qədər uğur qazandığını demək olar. Çünki missiyanın gəlişindən əvvəl və ya missiyanın gəlişi zamanı baş verənlərlə indiki halı müqayisə etdikdən belə aydın olur ki, bizim davamlı atəşə tutulduğumuz bir çox yerlərdə, ilk növbədə, hansı yerlərdə ki, infrastruktur məhv edilirdi, nümayəndələrinin bu yerlərə davamlı gəlməsi səbəbindən bu hücumlar dayandırıldı. Yəni ən azı bu baxımdan missiyanın uğurlu olduğunu deyə bilərik”, deyə Polşa prezidenti fikir səsləndirib.

Sonda Duda missiyada Polşa nümayəndələrinin sayını artırmaq planlarını qeyd edərək, “Biz bu missiyada iştirak edirik və bu missiyada təmsilçilərimizin sayını artırmağı düşünürük” sözləri ilə nitqinə yekun vurub.

Polşa prezidentinin sözlərindən görünür ki, o və ölkəsi Aİ missiyası tərkibində sülhə yox, əksinə vəziyyəti gərginləşdirmə və alovlandırmaq missiyasına xidmət edib. Yaxud da fəaliyyətinin nəyə xidmət etdiyini ayırd edə bilmir. Çünki əks halda rəsmi xəbərdarlığa baxmayaraq, Aİ-nin missiyası tərkibində hələ də Ermənistanın işğalı altında olan Azərbaycan ərazisinə-Kərki kəndi yaxınlığındakı əraziyə səfər etməzdi. Bu addımın Aİ-nin regionda sabitliyin təşviq edilməsi və Azərbaycan və Ermənistan arasında etimadın möhkəmləndirilməsi kimi bəyan edilmiş məqsədlərə zidd olaraq, Aİ missiyasından Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş istifadə olunduğunu dərk etməməsi, belətəxriabata alət olması bir dövlət başçısı üçün bağışlanılmaz səhvdir. Ümid edirik ki, bu ölkə rəhbərliyi fəaliyyəti ilə Aİ-nin “sülh missiyası”nın təxribatı aovlandırmağa deyil, əksinə sülh prosesinə həqiqi töhfə verməyə xidmət etmək olduğunu anlayaraq, səhvlərini düzəldəcək.    

Ülviyyə, Hurriyyet.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 Noyabr 2024 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see260

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see242

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see233

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see230

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see217

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see216

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see207

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see188

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see180

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see180

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see171

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see168

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see157

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see155

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see153

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see151

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri