Icma.az
close
up
RU
Pomidor və xiyarlar nə üçün dadsızdır?

Pomidor və xiyarlar nə üçün dadsızdır?

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Alıcıları ən çox narahat edən məsələlərdən biri də meyvə-tərəvəzlərin əvvəlki dadını verməməsidir. 

Ümumiyyətlə, son illərdə yetişən meyvə-tərəvəzlərin böyük əksəriyyəti tamsız və dadsızdır. Bu isə alıcıları qane etmir. Xüsusilə pomidor və xiyarda buna daha çox rast gəlirik. Üstəlik, dadı olmamasına rəğmən pomidor-xiyar yüksək qiymətə satışa çıxarılır. 

Ümumiyyətlə, nə üçün pomidor-xiyar başda olmaqla, meyvə-tərəvəzlərin dadı yoxdur? 

Mövzu ilə bağlı qida məsələləri üzrə ekspert İlkin Şirinov Hit.az-a açıqlama verib. O bildirib ki, meyvə-tərəvəzlərin dadsız olmasına rəğmən, baha qiymətə təklif olunması zaman-zaman müzakirə predmetinə çevrilir:

"Bəli, meyvə-tərəvəzlər əvvəlki dadı vermir. Bunun da əsas səbəbi onların mövsümündən əvvəl süni şəkildə yetişdirilib satışa çıxarılmasıdır. Nəzərə almaq lazımdır ki, belə meyvə-tərəvəzlər istixana şəraitində yetişdirilir. 

Yetişdirilmə zamanı da müxtəlif azot gübrələrindən istifadə olunur. Orada temperaturu saxlamaq üçün xüsusi istilik verən cihazlar quraşdırılır. Bu istixana şəraitində yetişdirilən meyvə-tərəvəzlərə xərclənən enerjinin, istifadə olunan gübrələrin və işçilərin pulu qiymətin üzərinə gəlir. Bu da qiymətlərin baha olmasına səbəb olur".

Ekspert qeyd edib ki, bazarda meyvə-tərəvəzin baha olmasının digər səbəbi də işbazlardır:

"İşbazların bazarlardakı fəaliyyəti də nəzərə alınmalıdır. Ən böyük problem satış məntəqələrinin birbaşa təsərrüfat sahibləri ilə əlaqə qurmamasıdır. Arada olan işbazlar məhsulu kəndçidən və ya hansısa təsərrüfatdan alır, müəyyən bir müddət sonra isə öz istədiyi qiymətə satır.

Məsələn, hansısa topdansatış mərkəzində gələn pomidor, xiyar və ya digər tərəvəzləri bir adam alır. Beləliklə, məhsul bir adamın əlində cəmləşir. Sonra isə istəyi qiymətə pərakəndə satış məntəqələrinə satır". 

İlkin Şirinov pomidor-xiyar qiymətlərindən də söz açıb:

"Bu gün satışda 3-5 manata pomidor var. Hərçənd ki, mövsümündə kilosu 1 manat olur. Xiyarın kilosunu 2 manat 50 qəpiyə alırıq. O da mövsümündə satılan məhsuldan xeyli bahadır. Bundan başqa, belə məhsulların dadı da olmur. Çünki süni şəkildə yetişən meyvə-tərəvəzlər günəş enerjisi ilə yetişənlərin dadını verə bilməz. 

Bəlkə də hazırda bir çox sahədə pomidor-xiyar əkilməyib. Lakin istixanalarda pomidor-xiyar yetişir və satış məntəqələrinə çatdırılır. Bu isə ciddi problemdir". 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://news24.az
archiveBu xəbər 07 May 2025 22:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri