Pompey sakinlərinin Vezuvi fəlakətindən sonra geri döndükləri kəşf edildi
Icma.az bildirir, Kulis.az portalına istinadən.
Yeni arxeoloji tapıntılar göstərir ki, eramızın 79-cu ilində Vezüv vulkanının dağıdıcı püskürməsindən sonra sağ qalanlar və bəlkə də yeni gələnlər Pompeyəyə geri dönərək şəhərdə həyatı yenidən qurmağa çalışıblar.
Kulis.az xəbər verir ki, qazıntılar zamanı binalarda dağıntılardan sonra edilən dəyişikliklər, məişət fəaliyyətləri izləri və bəzi strukturların yenidən istifadəyə verildiyi aşkar edilib.
Tədqiqatçılar bu dövrü qeyri-rəsmi, zəif infrastrukturla təmin olunmuş, favelaya bənzər bir yaşayış məntəqəsi kimi qiymətləndirirlər.
Roma evlərinin zirzəmiləri çörəkbişirmə sobalarına və dəyirmanlara çevrilib, yuxarı mərtəbələr isə yenidən yaşayış üçün istifadə olunub.
Arxeoloqlar bu vəziyyəti "keçmiş Pompeyənin xarabalıqları arasında qurulmuş köçəri bir düşərgə" kimi təsvir edirlər.
Alimlər hesab edirlər ki, bu qeyri-rəsmi yaşayış forması V əsrə, yəni "Pollena püskürməsi" adlı digər bir vulkanik fəlakətə qədər davam edə bilər.
Qeyd edək ki, bu yeni tapıntılar Pompeyin tarixində indiyədək az bilinən bir mərhələni gün üzünə çıxarır.
Gənc qadının və Şaxta Babanın qətli - Qan Turalının hekayəsi Azərbaycan əsilli yazıçı vəfat etdi Məşhur türk müğənni vəfat etdi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 08 Avqust 2025 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















