Poroşenkonun tərəfdarları Ukrayna Radasında dava saldılar
Icma.az, Aznews.az portalına istinadən məlumat yayır.
UKrayna Ali Radasında Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkoya qarşı sanksiyaların tətbiqi ilə əlaqədar dava baş verib. Bu səbəbdən parlamentin iclası cəmi bir neçə dəqiqə çəkib.
AzNews.az xəbər verir ki, deputat Yaroslav Jeleznyak özünün Telegram kanalında Poroşenkonun lideri olduğu Avropa Həmrəyliyi Partiyasının üzvləri iclasın əvvəlində etiraz plakatları ilə parlament kürsüsünə gəldiyini əks etdirən video yayımlayıb. Kadrlarda onların Rada spikeri Ruslan Stefançukun ətrafına toplaşaraq mübahisə etdiyi və qışqırdığı görünür. Daha sonra yüngül dava düşüb. "Döyüş yoxdur, amma bir az basabas oldu" Jeleznyak yazıb.
Poroşenkonun partiyasının üzvü olan deputat Aleksey Qonçarenko öz növbəsində parlamentin iclasının bir neçə dəqiqədən sonra dayandırılmasına aydınlıq gətirib. "Radanın sessiyası açıldı. Avropa Həmrəyliyi fraksiyası posterlərlə tribunaya çıxdı. Radanın sessiyası bağlandı. Sözün əsl mənasında iclas bir-iki dəqiqə çəkdi", - o, Teleqram kanalında yazıb.
Fevralın 12-də Poroşenko Ukrayna Təhlükəsizlik Şurasının ona qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb. O, eyni zamanda Dövlət İstintaq Bürosunda 15 çağırış vərəqəsi aldığından da şikayətlənib.
AzNews.az
Warning: Invalid argument supplied for foreach() in /home/aznewsaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 91
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 13 Fevral 2025 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















