portalı və 8110 Çağrı Mərkəzinin fəaliyyətə başlamasından 5 il ötür
Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
8 yanvar 2021-ci il tarixində "YAŞAT" Fondunun yashat.gov.az portalı istifadəyə verilib. Həmin tarixdə, həmçinin Fondun 8110 Çağrı Mərkəzi fəaliyyətə başlayıb.
Newscenter.az Fonda istinadən bildirir ki, bu günə qədər Çağrı Mərkəzinə 291 169 vətəndaş zəngi daxil olub, şəhidlərimizin ailə üzvlərinin və yaralıların ümumilikdə 93 016 müraciəti qeydiyyata alınaraq aidiyyəti üzrə yönləndirilib. Bunlardan 58 263 müraciət şəhidlərimizin ailə üzvlərinin, 34 753 müraciət isə yaralılarımızın müraciətləridir. Xatırladaq ki, 8110 Çağrı Mərkəzinə zənglər tam ödənişsizdir.
"YAŞAT" Fondu Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il tarixli 1203 nömrəli Fərmanına əsasən yaradılmışdır. Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailə üzvlərinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılıb.
Ruhiyyə Mehdiyeva
Bu mövzuda digər xəbərlər:“” portalı və “8110” Çağrı mərkəzinin fəaliyyətə başlamasından 4 il ötür AZƏRTAC
08 Yanvar 2025 15:06
Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətə başlamasından 16 il ötür AZƏRTAC
27 Dekabr 2024 10:28
Məhkəmə Çağrı Mərkəzinin funksiyaları artırıldı
29 Aprel 2025 11:26
Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başlamasından 5 il ötür
30 İyun 2025 14:45
Bu nazirliyin Çağrı Mərkəzinin fəaliyyət saatı dəyişdi
14 Noyabr 2024 16:11
Baxış sayı:61
Bu xəbər 08 Yanvar 2026 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















