Portuqaliya millisində yeni dövr
futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Portuqaliya milli komandasında Kriştiano Ronaldo ilə bağlı yaranan qalmaqaldan sonra yığmada yeni mərhələ start götürüb.
Futbolpress.az xəbər verir ki, bu barədə “Correio da Manhã” nəşri məlumat yayıb. Əfsanəvi hücumçunun komandanın düşərgəsini tərk etməsindən dərhal sonra onun ikonik “7” nömrəli forması yeni sahibini tapıb. Bundan sonra Portuqaliya seçməsində “7” nömrəli formanı Rafael Leao geyinəcək.
Bununla yanaşı, komandada yeni kapitanın kim olacağı məsələsi də diqqət mərkəzindədir. Sarğı uğrunda iki əsas namizəd Bruno Fernandeş və Bernardo Silvadır. Baş məşqçi Xorxe Jezusun Danimarkaya karşı keçiriləcək matçda son qərarını verərək iki futbolçudan birini meydana kapitan kimi çıxaracağı gözlənilir. Milli komandanın heyətində keçirdiyi oyun sayına görə (114 matç) Bernarduo Silva bu rola daha şanslı namizəd hesab olunur.
Xatırladaq ki, Ronaldo “7” nömrəli formanı 2006-cı ildə Luis Fiqo beynəlxalq karyerasını bitirdikdən sonra geyinməyə başlamışdı. Təcrübəli hücumçu 2007-ci ildə Luıs Felipe Skolarinin rəhbərliyi altında Avro-2008-in seçmə mərhələsi zamanı milli komandanın daimi kapitanı seçilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 01 Oktyabr 2026 21:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















