Icma.az
close
up
RU
“Portuqaliyadan başqa heç bir komandadan geri qalmırıq” Millimizin futbolçusu

“Portuqaliyadan başqa heç bir komandadan geri qalmırıq” Millimizin futbolçusu

Icma.az xəbər verir, Idmanxeber.az saytına əsaslanaraq.

“Hər iki komanda fiziki cəhətdən güclü idi. Birinci oyunda fərdi səhvlərdən qollar buraxdıq, buna görə də Çexiya oyunu barədə çox danışmaq istəmirəm. Şotlandiya görüşünə hazırlaşarkən əsas məqsədimiz ilk oyunda etdiyimiz səhvləri təkrarlamamaq idi. Oyuna yaxşı başladıq, erkən qol vurduq, amma rəqibin birinci hissədə vurduğu iki qol psixoloji baxımdan bizə ciddi zərbə oldu”.

Bu sözləri İdmanxeber.az saytına U-21 millimizin üzvü Eşqin Əhmədov yığmamızın Avropa çempionatı seçmə mərhələsi çərçivəsində keçirdiyi Çexiya və Şotlandiya görüşləri barədə danışarkən deyib.

Gənc oyunçu daha sonra belə davam edib:

“İkinci hissə başlayanda rəqibin qırmızı vərəqə alması və penalti qazanmağımız bizə 1 xal gətirdi. Əslində, 3 xal da qazana bilərdik — hesabda üstün idik, lakin son dəqiqələrdə buraxdığımız qol nəticəni heç-heçəyə gətirdi.

Əlbəttə ki, futbolda qələbə qazanmaq üçün taktiki və texniki baxımdan düzgün oynamalısan, amma fiziki durum yerində olmadıqda, verilən tapşırıqları müəyyən müddətdən sonra yerinə yetirmək çətinləşir. Bu da yorğunluqla bağlı olur. Sevindirici haldır ki, komandamda tez-tez oynamaq şansı qazanıram”.

Əhmədov millimizin qrupdakı şanslarını da dəyərləndirib:

“Qrupda Portuqaliyadan başqa heç bir komandadan geri qalmırıq. Əsas problemlərdən biri futbolçularımızın oyun praktikasının az olmasıdır. Biz heç bir rəqibə yuxarıdan aşağı baxmırıq. Hər rəqibə eyni münasibətlə yanaşırıq və bütün oyunlarda əsas məqsədimiz qələbə qazanmaqdır.”

Müdafiəçi Şotlandiya görüşünün ardından baş verənlərə də toxundu:

“Onlar qol vuranda bizim ehtiyat skamyası tərəfə nəsə göstərmişdi, elə buna görə də mübahisə yarandı və oyun bitəndə dava düşdü. Hər epizodda sanki dava axtarırdılar. Qol vurduqdan sonra da gəlib çiyin atıb, dava salmaq istəyirdilər.”

Həsən Quluzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:51
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 17 Oktyabr 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri