Portuqalya millisinin və “Real”ın sabiq futbolçusu qanunsuz biznes açmaqda ittiham olunur
Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.
İspaniya təmsilçisi “Real”ın (Madrid) sabiq futbolçusu Fabio Koentrao lisenziya olmadan dəniz məhsulları biznesi açmaqda ittiham olunur.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Portuqaliya millisinin sabiq müdafiəçisinin icarəyə götürdüyü anbarda bir ton qeyri-qanuni dəniz məhsulları aşkar edilib.
Təbii Sərvətlər, Təhlükəsizlik və Dəniz Xidmətləri Baş Müdirliyinin (DGRM) müfəttişləri xərçəng, karides və kambala dolu 12 dəniz suyu çəni müəyyənləşdiriblər. O, satmaq üçün lisenziyası olmayan qeyri-qanuni biznes açıb.
Nəticədə 760 kiloqram məhsulun sənədi olmayıb və qeyri-qanuni hesab edilib.
36 yaşlı keçmiş oyunçunun 7 aydan artıq bu işlə məşğul olduğu və dövlətə milyonlarla ziyan vurduğu bildirilir.
Qeyd edək ki, F.Koentrao 2011-2018-ci illər aralığında "Real"da çıxış edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 16 Yanvar 2025 19:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















