Icma.az
close
up
RU
POSterminal yoxdur, karta atın: Sahibkarların gizli NİYYƏTLƏRİ

POSterminal yoxdur, karta atın: Sahibkarların gizli NİYYƏTLƏRİ

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Yəqin ki, ticarət və xidmət obyeklərində ödənişi kartla ödəmək istədikdə “POS-terminal yoxdur, amma kartdan karta ata bilərsiniz” cavabını eşitmisiniz. Bu, son dövrlər müştəri və sahibkarlar arasında çox rast gəlinən bir vəziyyətdir. Bəzi ticarət obyektlərində POS-terminal ümumiyyətlə olmur, olan obyektlərdə isə müştəri kartla ödəniş etmək istədikdə satıcı "İnternet yoxdur, aparat işləmir",  "POS-terminal xarab olub, təmirdədir", “bankda texniki problem var” kimi bəhanələr gətirir.

Bu üsul daha çox gəlirləri və dövriyyəni gizlətmək məqsədilə istifadə edilir. Xüsusilə kiçik və orta ölçülü ticarət obyektlərində, vergi öhdəliklərindən və qeydiyyatlı dövriyyədən yayınmaq istəyən sahibkarlar arasında geniş yayılmış bir təcrübədir. Dövriyyəni gizlətmək məqsədilə həyata keçirilən bu cür əməliyyatlar ümumilikdə dövlətin vergi gəlirlərinə, həm də iqtisadi şəffaflığa ciddi zərbə vurur.

Modern.az-ın məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti son dövrlər "kartdan-karta" üsuli ilə işləyən obyektlərə qarşı mübarizəyə başlayıb və yüzlərlə obyket cərimlənib.

POS-terminallların harada quraşdırlması məcburidir?

Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə“Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları” təsdiq edilib. Qərarda ümumi tələblər, POS-terminalın quraşdırılması, POS-terminaldan istifadə edilməsi, POS-terminalın qeydiyyatdan çıxarılması kim müddəalar əksini tapıb.

Qaydalara görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qanunvericiliyə müvafiq olaraq POS-terminalların quraşdırılması tələb olunan sifarişçiyə məxsus bütün təsərrüfat subyektlərində POS-terminalların quraşdırılması üçün bildiriş göndərir. Sifarişçi bildirişi aldıqdan sonra 10 iş günü müddətində POS-terminalın quraşdırılması üçün banka müraciət etməlidir.

Bank sifarişçinin müraciətinə 3 iş günü müddətində baxır. Bu müddətdə POS-terminalın quraşdırılması üçün texniki imkanların yoxlanması məqsədi ilə təsərrüfat subyektinə yerində baxış həyata keçirilə bilər.

Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”na əsasən, ölkə ərazisində POS-terminalların quraşdırılması məcburi olan obyektlərin siyahısı müəyyən edilib:

- dövriyyəsindən və ərazisindən asılı olmayaraq, ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən);

- dövriyyəsindən və ərazisindən asılı olmayaraq, avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri (təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən);

- rüb üzrə orta aylıq dövriyyəsi 2.000 manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri);

- hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri;

- vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları.

Sahibkarların gizli niyyətləri

İqtisadçı-ekspert Xalid Kərimli Modern.az-a bildirib ki, sahibkarların "kartdan-karta" əməliyyatına üstünlük verməsi bir neçə istiqamətdə xarclərdən yayınması ilə bağlıdır. İlk növbədə onlar bu yolla dövriyyələrini azaltmağa cəhd edir ki, bu zaman onlar  az vergi ödəyirlər. Eyni zamanda mikrosahibkarlar çalışır ki, dövriyyə 200 min manatı keçməsin, bu halda onlar avtomatik ƏDV ödəyicisinə çevriləcəklər. Sahibkarlar düşünür ki, ƏDV ödəyicisi olduqda onların daha çox vergi öhdəliyi yaranır, ona görə də sadələşdirilmiş vergidə qalmaq istəyirlər.

POS-terminallardan istifadədən yayınmağın digər səbəbi bankdan pulun çıxarılması zamanı yaranan xərclərdir. Ekspert deyir ki, terminalla ödəniş edilən zaman vəsait birbaşa hesaba oturur: “Vaxt başında sahibkar həmin vəsaiti nağdlaşdırmaq istədikdə 1-2 faiz sadələşdirilmiş vergi və nağdlaşdırma komissiyası ödəməli olur. Üstəlik fiziki şəxslər ay ərzində 15 min, hüquqi şəxslər isə 30 min manat çıxara bilərlər. Bu da onların nağd vəsaitdən istifadə imkanlarını məhdudlaşdırır. Üstəlik bəzi  sahibkarlar işçilərin əmək haqqını 2 hissədə saxlayırlar. Köçürmə öz yerində, amma işçiyə nağd şəkildə əmək haqqı ödəməklə də vergidən yayınmağa cəhd göstərirlər".

"Kartdan-karta" üsulundan istifadənin bir səbəbi də sahibkarlar tərəfindən qiymət artırma imkanlarının olmamasıdır. Belə ki, sahibkar ödədiyi vergini məhsul və ya xidmətin üzərinə gəlir və bu zaman rəqabətdə uduzur. Qiyməti artıra bilməyəmlər xərclərini azaldaraq rəqabətdə qalmağa çalışırlar.

Xalid Kərimli vergidən yayınmanın qarşısının alınması üçün həyata keçirlən tədbirlərin düzgün olduğunu bildirib. "Sahibkar vergidən yayındıqda müştərilərin də hüquqlarını pozur. Çünki "kartdan-karta" ödəniş ediləndə sahibkarlar qəbz verə bilmirlər. Nə zamansa alınan məhsulun qaytarılması və ya dəyişdirilməsi zamanı müştəri çətinliklərlə qarşılaşır. Nağd ödəniş zamanı qəbz verilsə belə bu müştərinin ƏDV ilə bağlı hüquqlarını  məhdudlaşdırır və onlar lazımi keşbeki əldə edə bilmirlər".

"Kartdan-karta" ödəmə 6 min manata başa gələ bilər

Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Dövlət Vergi Xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, maarifləndirmə və inzibati tədbirlər nəticəsini verir. Son vaxtlar kartdan-karta əməliyyat aparan sahibkarların sayında əhəmiyyətli azalma müşahidə edilir. Bununla belə Dövlət Vergi Xidməti pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi hallarının qarşısının alınması məqsədilə vergi nəzarəti tədbirlərini davam etdirir. Həmin sahibkarlıq subyektləri ilə bağlı protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.

Mobil POS-terminal – bəhanəyə yer yoxdur 

Xidmətdən bildirilib ki, POS-terminal quraşdırmayan sahibkarlar mobil terminalllardan istifadə edə bilər. mPOS xidməti əslində mobil telefonlara əlavə qurğu qoşmaq və proqram təminatı yazmaqla onların POS-terminal kimi istifadə olunmasını ehtiva edir, lakin NFC texnologiyasının istifadə edildiyi hallarda heç bir əlavə qurğuya ehtiyac olmur, mobil telefon və ya planşet POS terminal kimi istifadə edilə bilir. Bu tip qurğunun tətbiqinin əsas üstünlüyü kompaktlıq, aşağı qiymət və internet şəbəkəsinin olduğu istənilən yerdə ödənişlərin qəbul edilə bilməsidir. mPOS xidmətini əldə edən satıcı müxtəlif qeydiyyat prosedurlarını keçdikdən sonra öz mobil telefonunu POS terminal kimi müştərilərinin istifadəsinə təqdim edə bilər.

Dövlət Vergi Xidməti bəyan edir ki, nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim olunmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna görə POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçılara elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Dekabr 2024 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri