Poverbank təyyarəni bu vəziyyətə saldı QAYDA DƏYİŞİR FOTO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avropa aviaşirkətləri poverbankların daşınması ilə bağlı qaydaları sərtləşdirir.
Avtosfer.az xəbər verir ki, səbəb sözügedən qurğuların yanğın təhlükəsi yaratmasıdır. Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi bu barədə müvafiq tövsiyələr verib. Artıq “Lufthansa” və ona daxil olan “Swiss”, “Eurowings”, “Austrian Airlines”, “Discover”, “Brussels Airlines”, “Edelweiss” və “Air Dolomiti” qaydaları sərtləşdirib.
Yeni qaydaya görə poverbankın təyyarəyə keçirilməsinə icazə verilsə də, ondan istifadə qadağan edilir. Bu qurğunun baqajda daşınması da qadağandır. Bundan əlavə, salonda poverbankı əl baqajlarının yerləşdiyi hissəyə qoymağa da icazə verilmir.
Qaydaların dəyişməsinə səbəb ötən il Koreyanın “Air Busan” şirkətində baş vermiş yanğındır. Poverbanka görə təyyarə uçuşa hazırlaşarkən baş vermiş yanğın hava gəmisini istismara yararsız hala salıb. Sərnişinlər ehtiyat pilləkənlə təxliyə edilib.
Vüqar
Oxunub 30
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 22 Yanvar 2026 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















