Poverbank yandı, təyyarə təcili eniş etdi
Icma.az bildirir, Axar.az portalına istinadən.
Frankfurt-Mayndan Lissabona uçan “Lufthansa”ya məxsus sərnişin təyyarəsi göyərtəsində poverbankda baş verən yanğın səbəbindən Lionda təcili eniş edib.
Axar.az xəbər verir ki, bu barədə “Lufthansa” sözçüsü məlumat yayıb.
Bildirilib ki, hadisə dünən axşam baş verib. Poverbank sərnişin oturacaqlarından birinin yaxınlığında alovlanıb. Ekipaj cihazı xüsusi çantaya yerləşdirərək yanğını tez bir zamanda söndürüb.
Təhlükəsizlik səbəbi ilə pilotlar Lionda təcili eniş etmək qərarına gəliblər və eniş icazəsi üçün fəlakət siqnalı göndəriblər.
Qeyd edək ki, göyərtədə 198 sərnişin və altı heyət üzvü olub. Xəsarət alan yoxdur.
Bu mövzuda digər xəbərlər:“Çantamdakı poverbank partladı, üzüm, saçım yandı” Video
04 Avqust 2026 16:23
Poverbank Rusiya şəhərində mənzili dağıdıb
23 Mart 2025 18:15
Meksikada sərnişin təyyarəsində poverbank partladı
04 Sentyabr 2026 17:28
Cibimizdəki “bomba” Təyyarədə poverbank daşımaq QADAĞANDIR?
30 İyul 2025 17:58
DİQQƏT! Poverbank istifadəçilərinin nəzərinə TƏHLÜKƏ KONKRET
24 Noyabr 2025 09:38
Baxış sayı:88
Bu xəbər 27 Sentyabr 2026 19:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















