Icma.az
close
up
RU
Praqada Qaçqınların öz vətənlərinə repatriasiyası: Avropa təcrübəsi adlı foto sərgi keçirilib

Praqada Qaçqınların öz vətənlərinə repatriasiyası: Avropa təcrübəsi adlı foto sərgi keçirilib

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

05 oktyabr 2025-ci il tarixində Beynəlxalq Diaspora Mərkəzinin (BDM) təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Çexiya Respublikasının paytaxtı Praqa şəhərinin Křížovnické náměstí (“Xaçlı Meydanı”) meydanında «Qaçqınların öz vətənlərinə repatriasiyası: Avropa təcrübəsi» layihəsi çərçivəsində sərgi keçirilmişdir.

Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev sərginin məqsədinin deportasiya ilə bağlı sənədləri dünya ictimaiyyətinə çatdırmaq, həmçinin vandalizm və mədəni irsə qarşı hücumlar mövzusunda Praqa sakinlərinə və turistlərə ətraflı məlumat təqdim etmək olduğunu qeyd edib. Ağayev bildirib ki, layihənin əsas hədəfi qaçqınların öz yurdlarına qayıdışı ilə bağlı beynəlxalq təcrübəni öyrənmək, onların hüquqlarının müdafiəsi və məskunlaşdıqları ölkələrdə qarşılaşdıqları problemlərin həlli istiqamətində tövsiyələr verməkdən ibarətdir.

Sərgidə deportasiya ilə bağlı ingilis və çex dillərində hazırlanmış bukletlər, döş nişanları, Azərbaycan və Çexiya bayraqları, roll-up stendləri, kitab və kitabçalar nümayiş olunmuşdur. Xüsusilə Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadənin illərlə qoruyub saxladığı Qərbi Azərbaycanla bağlı sərgi materialları böyük maraqla qarşılanmışdır. Həmçinin Azərbaycan Milli Kulinariya Mərkəzinin sabiq baş direktoru Tahir Əmiraslanovun kitabları sərgi ziyarətçiləri tərəfindən xüsusi diqqətlə izlənilmişdir.

Sərgini ziyarət edən qonaqlar arasında “Mədəniyyətlərarası Həyat üzrə Beynəlxalq İnnovativ Mərkəz – ‘Dünyanın Xalqları Alyansı’”nın rəhbəri Dr. Aleksandr Şapiro Suliman, onun dostu – Çexiyanın 2022–2023-cü illərdə Təhsil naziri olmuş Vladimír Balaš, həmçinin Çexiya parlamentinin keçmiş senatı üzvü Marcel Chládek də iştirak etmişlər.

Tədbirin keçirilməsində bir çox QHT-lər, xüsusilə Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzinin sədri Rauf Zeyni yaxından iştirak etmişdir. Həmçinin Çexiyada fəaliyyət göstərən “Land of Fire” diaspora təşkilatının təsisçisi və Azərbaycan Diasporasının Şərqi Avropa Koordinasiya Şurasının Çexiya üzrə koordinatoru Fərid Əmirəliyev və diaspora fəalları Murad Sadıqov, Rəşid Şıxəliyev, İmam Əzizov, Əli Ələşrəfov və digər gənclər layihənin daha faydalı və səmərəli həyata keçirilməsi üçün fəal dəstək göstərmişlər.

Sərgi zamanı maraqlı bir məqam da yaşanmışdır. Özlərini turist kimi təqdim edən iki erməni sərgiyə xüsusi maraq göstərmiş, fürsətdən istifadə edərək sərgini izləməyə gələn qonaqlara Azərbaycan və xüsusilə Qərbi Azərbaycan haqqında yalan məlumatlar verməyə çalışmışlar. Onlar Qərbi Azərbaycanın guya ermənilərə məxsus olduğunu və guya Dağlıq Qarabağdan “öz torpaqlarından” qovulduqlarını bildirmişlər. Lakin onların bu cəhdlərinin qarşısı Beynəlxalq Diaspora Mərkəzinin fəalları və soydaşlarımız tərəfindən qətiyyətlə alınmışdır.

Beynəlxalq Diaspora Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə keçirilən sərgi uğurla yekunlaşmış, iştirakçılarla xatirə şəkilləri çəkilmişdir.

Layihə çərçivəsində görüşlər və tədbirlər növbəti günlərdə də davam etdiriləcəkdir.

           
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 06 Oktyabr 2025 21:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see158

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see152

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see132

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see132

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri