Premium Bank şəhid övladları və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir təşkil edib
Marja.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
19 mart tarixində Ramazan Bayramı münasibətilə "Premium Bank" tərəfindən şəhid övladları və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xüsusi bayram tədbiri təşkil olunub.
Tədbir uşaqlara bayram sevincini yaşatmaq və onların asudə vaxtını maraqlı, yaddaqalan şəkildə keçirmələrinə şərait yaratmaq üçün təşkil olunub.
Tədbir çərçivəsində uşaqlar bankın AllMiles loyallıq proqramının siması olan Boomi ilə birlikdə müxtəlif əyləncəli oyunlarda iştirak ediblər. İnteraktiv fəaliyyətlər və oyunlar uşaqlara xoş əhval-ruhiyyə bəxş edib, tədbir boyunca səmimi və şən atmosfer yaradılıb.
Bayram tədbirinin sonunda iştirak edən uşaqlara xüsusi hazırlanmış bayram payları təqdim olunub. Bu təşəbbüs Premium Bankın sosial məsuliyyət layihələri çərçivəsində həyata keçirilərək cəmiyyətin həssas qruplarına diqqət və qayğının göstərilməsinə xidmət edir.
Bank gələcəkdə də bu kimi sosial təşəbbüslərlə uşaqların sevincinə və rifahına töhfə verməyi davam etdirməyi planlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 19 Mart 2026 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















