Icma.az
close
up
RU
“Premium Bank”ın problemli kreditləri artıb Müştərilər pullarını geri götürür

“Premium Bank”ın problemli kreditləri artıb Müştərilər pullarını geri götürür

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


1994-cü ildə “AZAL Səhmdar Kommersiya Bankı” kimi fəaliyyətə başlayan, daha sonra adını 2 dəfə dəyişərək əvvəlcə “Bank Silk Way” ASC, hazırda isə “Premium Bank” ASC adlanan bankın problemli kreditlərinin həcmi kəskin artıb.
Yeniavaz.com
xəbər verir ki, bu ilin birinci rübünün yekununda “Premium Bank” ASC-nin vaxtında geri qaytarılmayan kreditləri 19 milyon 957 min manat olub.
Bu məbləğin 2 milyon 341 min manatını problemli kreditlər (qaytarma müddəti 30 günü ötən) təşkil edib.
Müqayisə üçün bildirək ki, ötən ilin birinci rübünün yekununda “Premium Bank” ASC-nin problemli kreditləri builki göstəricidən 39,3% az olub. Belə ki, ötən ilin ilk rübündə bankın problemli kreditləri 1 milyon 421 min manat təşkil edib.
Onu da bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk rübünün yekununda fiziki şəxslərin “Premium Bank”dakı depozitləri 2,5% və ya 7 milyon 933 min manat, hüquqi şəxslərin bankdakı depozitləri isə 23,2% və ya 19 milyon 309 min manat azalıb.
Qeyd edək ki, son 4 ildir hüquqi şəxslərin “Premium Bank”da yerləşdirdikləri depozitlər davamlı olaraq azalır. Belə ki, hüquqi şəxslərin “Premium Bank”dakı depozitləri 2021-ci ildə 191 milyon, 2022-ci ildə 125,8 milyon, 2023-cü ildə 95,9 milyon, 2024-cü ildə isə 85,7 milyon manat olub.
Məlumat üçün bildirək ki, “Premium Bank”ın əsas səhmdarı AZAL-ın sabiq prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva olub. Zərifə Həmzəyeva ötən il vəfat etdiyi üçün onun səhmləri həyat yoldaşı Cahangir Əsgərova ötürülüb. Açıqlanan son məlumata görə, bank səhmlərinin 84,47%-i ona məxsus olub. Bankın nizamnamə kapitalı 174 milyon 601 min 350 manat təşkil edir ki, bunun da 147 milyon 485 min 760 manatı Cahangir Əsgərova məxsusdur.
Elnur Əli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 27 Aprel 2026 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri