“Yelo Bank”ın poblemli kreditləri kəskin artıb Müştərilər pullarını geri götürür
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Azərbaycanda fəaliyyət göstərən özəl banklardan daha birində - “Yelo Bank” ASC-də problemli kreditlərin həcmi kəskin artıb.
Yeniavaz.com xəbər verir ki, bu ilin birinci rübünün yekununda “Yelo Bank”ın vaxtında geri qaytarılmayan kreditləri 48 milyon 752,7 min manat olub.
“Yelo Bank”da vaxtı keçmiş kreditlərin ümumi kredit portfelindəki payı 4,5% olub.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə “Yelo Bank”ın vaxtında geri qaytarılmayan kreditləri 32 milyon 426,6 min manat olub.
Açıqlanan məlumatdan da göründüyü kimi, son bir ildə “Yelo Bank”ın problemli kreditlərinin həcmi 50% və ya 16 milyon 326,1 min manat artıb. Problemli kreditlərin ümumi kredit portfelindəki payı isə 3,4%-dən 4,5%-ə yüksəlib.
Eyni zamanda, müştərilər tərəfindən “Yelo Bank”a yerləşdirilən depozitlərin həcmi də azalıb. Belə ki, son 3 ayda həm hüquqi, həm də fiziki şəxslərin bankdakı depozitlərində azalma qeydə alınıb. Hüquqi şəxslərin “Yelo Bank”dakı depozitləri son 3 ayda 8,6% və ya 14 milyon 156,4 min manat, fiziki şəxslərin depozitləri isə son 3 ayda 2,8% və ya 30 milyon 118,8 min manat azalıb.
Qeyd edək ki, 1994-cü ildən ölkəmizdə fəaliyyət göstərən “Yelo Bank” ilk olaraq “Ülpər” kommersiya bankı kimi fəaliyyətə başlayıb. 2002-ci ildə rebrendinq edərək “Nikoil Bank” adlandırılıb.
2019-cu ildə hazırda da istifadə olunan “Yelo Bank” adına rebrendinq edilib.
2022-ci ilin mart ayınadək “Yelo Bank”ın əsas səhmdarı “Topaz İnvestment Limited” MMC olub.
Banka birbaşa nəzarət edən şəxs isə Rusiyanın “Lukoil” şirkətinin sahibi, Azərbaycan əsilli milyarder Vahid Ələkbərov olub. Ukrayna müharibəsindən sonra Rusiyaya tətbiq edilən sanksiyalar səbəbindən Vahid Ələkbərov nəzarət etdiyi bir sıra aktivləri başqa şəxslərə təhvil verib.
2022-ci ilin mart ayından etibarən “Yelo Bank”a birbaşa nəzarət edən şəxs Marina Kulişovadır.
Nizamnamə kapitalına (378 milyon manat) görə Azərbaycanın ən böyük 2-ci özəl bankı olan “Yelo Bank”ın səhmlərinin 98,94%-i Marina Kulişovaya məxsusdur.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:“Premium Bank”ın problemli kreditləri artıb Müştərilər pullarını geri götürür
27 Aprel 2026 16:52
“Yelo Bank”ın mənfəəti kəskin azaldı Şirkətlər pullarını bankdan geri götürür
15 Oktyabr 2026 10:05
Müştərilər “Premium Bank”dakı pullarını geri götürür
16 Yanvar 2025 16:50
Yelo Bank ın mənfəəti kəskin azaldı
14 Aprel 2026 18:35
Yelo Bank ın aktivləri artıb
16 Oktyabr 2026 09:59
Baxış sayı:271
Bu xəbər 29 Aprel 2026 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















