Icma.az
close
up
RU
Premyer Liqa: “Arsenal” xal fərqini, “Mançester Yunated” isə qələbə seriyasını davam etdirəcəkmi? in İCMALI

Premyer Liqa: “Arsenal” xal fərqini, “Mançester Yunated” isə qələbə seriyasını davam etdirəcəkmi? in İCMALI

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

İngiltərə Premyer Liqasının IX turu liderlər və turnir cədvəlində mövqeyini möhkəmləndirmək istəyən komandalar arasında gərgin qarşılaşmalar vəd edir.

İdman.Biz İngiltərə Premyer Liqasında həftəsonunun əsas qarşılaşmalarını təqdim edir.

“Çelsi” - “Sanderlend” (25 oktyabr)

Çempionlar Liqasında Ağdam “Qarabağ”ının növbəti rəqibi olan “Çelsi” hazırda ilk “altılıq”da qərarlaşıb və ötən tur səfərdə “Nottiqem Forest”i 3:0 hesabı ilə məğlub edib. “Sanderlend” isə evdə “Vulverhempton” üzərində 2:0 hesablı qələbə qazanıb.

Meydan sahiblərində yeni zədələr yoxdur. Enso Mareska təsdiqləyib ki, Liam Delap artıq məşqlərə başlayıb, lakin hələ oynaya bilməyəcək. Malko Qusto isə cəzalıdır. Qonaqlarda cəzalıdan qayıdan Reynildo meydana dönür, amma müdafiə və cinah xəttində itkilər mövcuddur.

“Mançester Yunayted” - “Brayton” (25 oktyabr)

“Qırmızı şeytanlar” “Enfild”də “Liverpul” üzərində 2:1 hesablı səfər qələbəsindən sonra oyuna çıxırlar. Bu, “Mançester Yunayted”in üçün uzun illərdən sonra həmin stadionda ilk səfər uğuru idi. İndi isə evdə ənənəvi olaraq çətin rəqib sayılan “Brayton”a qarşı uğurlu seriyanı davam etdirmək üçün yaxşı fürsət yaranıb.

Heyətlə bağlı: “Mançester Yunayted”də Lisandro Martines hələ də sırada deyil. Harri Maquayr və Meyson Mauntla bağlı kiçik suallar olsa da, hər ikisinin iştirak edəcəyi gözlənilir. “Brayton”da isə Solly Mark uzun müddətdir oynamır, həmçinin Adam Vebster və Cek Hinşelvud da sıradan çıxıb. Kaoru Mitoma və Joel Veltmanın meydana çıxması isə şübhə altındadır.

“Arsenal” - “Kristal Pelas” (26 oktyabr)

Çempionatın lideri “Arsenal” ötən turda “Fulhem”i 1:0 hesabı ilə məğlub edib. “Kristal Pelas” isə keçən həftəsonu “Bornmut”la məhsuldar bərabərlik (3:3) əldə edib.

“Arsenal”ın heyətində itkilər var: Martin Edeqor və Kay Haverts diz zədəsini müalicə edir, Noni Madueke oynaya bilmir, Qabriel Maqalyaeş isə həftəiçi kiçik zədə aldığından iştirakı sual altındadır. “Pelas”da da zədəlilər siyahısı uzun – Şeyxu Dukure və Çadi Riad kimi oyunçular sıradan çıxıb, amma komanda nizam-intizamlı oyunu ilə itkiləri kompensasiya etməyə çalışır.

“Aston Villa” – “Mançester Siti” (26 oktyabr)

“Aston Villa”nın uğurlu seriyası ötən tur “Tottenhem” səfərində 2:1 hesablı qələbə ilə davam edib. “Mançester Siti” isə “Everton”u 2:0 hesabı ilə məğlub edib.

Oyundan əvvəl Pep Qvardiola bildirib ki, Nikolas Qonsalesin durumu barədə gözləmək lazımdır, Rodri isə hələ hazır deyil. “Aston Villa”nın da meydana güclü heyətlə çıxacağı gözlənilir, mediada müdafiə xəttinin yaxşılaşdığı və əsas yaradıcı oyunçuların hazır olduğu qeyd olunur, amma bəzi uzunmüddətli zədələr hələ də qüvvədədir.

“Brentford” - “Liverpul” (25 oktyabr)

“Arılar” ötən tur “Vest Hem” üzərində 2:0 hesablı qələbədən sonra ruh yüksəkliyi yaşayır. “Liverpul” isə “Yunayted”ə 1:2 hesablı məğlubiyyətdən sonra bərpa olunmağa çalışacaq.

“Liverpul”un baş məşqçisi Arne Slot zədəlilər barədə geniş məlumat verib: siyahıda Alisson, Aleksandr İsak, Rayan Qravenberx və İyeremi Frimponqun adları yer alır, bəzi futbolçuların həftəsonu oynayıb-oynamayacağı dəqiqləşməyib. “Brentford”da isə müdafiəçi Aaron Hiki üçün son qiymətləndirmə aparılır.

“Everton” – “Tottenhem” (26 oktyabr)

“Everton” ötən tur “Mançester Siti”yə 0:2, “Tottenhem” isə evdə “Aston Villa”ya 1:2 hesabı ilə uduzub. Bu qarşılaşma hər iki komanda üçün önəmlidir, çünki son məğlubiyyətlərin təsirini aradan qaldırmaq lazımdır.

“Everton” ciddi itki ilə üzləşib: Jerrad Brantveyt dizaltı vətərin əməliyyatından sonra oynaya bilməyəcək, sağ cinah müdafiəçisi Natan Paterson da sıradan çıxıb. Buna baxmayaraq, Cek Qriliş “Mançester Siti” ilə oyunu buraxdıqdan sonra yenidən meydana qayıdır. “Tottenhem”də isə zədəlilər çoxdur –- Kristian Romero sual altındadır, Destini Udodzinin əməliyyatdan çıxdığı bildirilib, Ceyms Meddison və Deyan Kulusevski də iştirak etməyəcək.

“Bornmut” - “Nottinqem Forest” (26 oktyabr)

“Bornmut” ilk “üçlük”də yer alır və ötən tur “Kristal Pelas”la səfər oyununda 3:3 hesablı bərabərlik əldə edib. “Forest” isə “Çelsi”yə 0:3 hesabı ilə uduzub.

“Bornmut”da Evanilson oynaya bilməyəcək, Enes Ünal və Devid Bruksun durumu isə oyuna yaxın dəqiqləşəcək. Qonaqlarda Dilan Bakva sıradan çıxıb, Kris Vudun iştirakı ilə bağlı məşqçilər ehtiyatlı davranır.

Digər oyunlar və turnir cədvəli

“Lids” – “Vest Hem” (24 oktyabr) 2:1

“Nyukasl” – “Fulhem” (25 oktyabr)

“Vulverhempton” – “Bernli” (26 oktyabr)

Turnir cədvəli:

“Arsenal” – 19 xal

“Mançester Siti” – 16

“Liverpul” – 15

“Bornmut” – 15

“Çelsi” – 14

“Tottenhem” – 14

“Sanderlend” – 14

“Kristal Pelas” – 13

“Mançester Yunayted” – 13

“Brayton” – 12

“Aston Villa” – 12

“Everton” – 11

“Lids Yunayted” – 11

“Brentford” – 10

“Nyukasl Yunayted” – 9

“Fulhem” – 8

“Bernli” – 7

“Nottingem Forest” – 5

“Vest Hem Yunayted” – 4

“Vulverhempton” – 2

Teymur Tuşiyev

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 25 Oktyabr 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri