Premyer Liqa klubları braziliyalı müdafiəçini transfer etmək istəyir
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
İngiltərə Premyer Liqası təmsilçiləri "Çelsi" və "Arsenal" "Nottingem Forest"in braziliyalı müdafiəçisi Murillonu transfer etmək istəyir.
"Ölkə.az" xəbər verir ki, 23 yaşlı futbolçu "Barselona"nın da diqqət mərkəzindədir.
Lakin Premyer Liqa təmsilçisi milli üzvünü satmaq niyyətində deyil. Bu səbəbdən onu transfer etmək istəyən klubların ən azı 80 milyon avro ödəməli olduğu bildirilib.
Qeyd edək ki, Murillo 2025/2026 mövsümündə bütün turnirlərdə meydana çıxdığı 12 matçda bir qolla yadda qalıb. Onun "Nottingem Forest"lə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. Murillo Braziliya yığmasında bu ilin martında debüt edib və cəmi 1 oyun keçirib. "Transfermarkt" portalı futbolçunu 55 milyon avro dəyərində qiymətləndirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 23 Noyabr 2025 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















