Premyer Liqa klubları “Sabah”ın futbolçusunu istəyir qərarı baş məşqçi verəcək
Icma.az, Idmanxeber.az saytına istinadən bildirir.
“Sabah”ın futbolçusu Premyer Liqa klublarının maraq dairəsindədir.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, söhbət Rauf Rüstəmlidən gedir. Millimizin üzvünü bir neçə komanda həyətinə qatmaq niyyətindədir. Ötən mövsüm “Şamaxı”dakı performansı ilə diqqətləri üzərinə çəkən yarımmüdafiəçinin xidmətində “Karvan” və “Sumqayıt” klubları maraqlıdır.
Hazırda “Sabah”ın düşərgəsində Avstiyada təlim-məşq toplanışında olan futbolçunun gələcəyi baş məşqçi Valdas Dambrauskasdan asılıdır. Litvalı mütəxəssis toplanışın ardından Rüstəmli barədə yekun qərarını verəcək.
Əgər təcrübəli çalışdırıcı onun barəsində müsbət rəy versə, 22 yaşlı futbolçu növbəti mövsümə “Sabah”da başlayacaq. Əks təqdirdə isə yarımmüdafiəçi Premyer Liqa klublarının birinə icarəyə göndəriləcək.
Ötən mövsümü “Şamaxı”nın heyətində keçirən Rüstəmli komandası ilə 33 oyun keçirib.


