Premyer Liqa klublarının “bazar qiymətləri”
Icma.az, futbolpress-az saytına istinadən bildirir.
Azərbaycan Premyer Liqasının ən dəyərli komandası “Qarabağ”dır.
Futbolpress.az-ın məlumatına görə, “atlılar”ın “transfermarkt”da dəyəri 25.08 milyon avrodur. Heyətdə futbolçuların ortalama qiyməti 1 milyon avrodur. “Qarabağ”ın ən dəyərli futbolçuları Kadi Borges, Martin Zlomisliç, Elvin Cəfərquliyev və Pedro Bikalyodur. Onların “bazar qiymətləri” 2 milyon avrodur. Zlomisliç yayda heyətə qoşulub, digərləri isə artıq bir neçə ildir, “Qarabağ”ın formasını geyinir.
Çempionatın ən dəyərli ikinci komandası “Sabah”dır. “Bayquşlar”ın qiyməti 19 milyon avrodur. Yüksək dəyəri olan futbolçu isə Timoetuş Puxaçdır. Polşalı müdafiəçinin qiyməti 2.5 milyon avrodur. Puxaç həm də çempionatın ən bahalı legioneridir.
“Üçlüy”ü “Neftçi” tamamlayır. “Ağ-qaralar”ın “bazar qiyməti” 14.15 milyon avrodur. Bakı klubunun ən dəyərli futbolçusu azərbaycanlı müdafiəçi Rüfət Abbasovdur. Onun qiyməti 1.2 milyon avro göstərilib.
Liqada bu göstəricilərdə ən aşağı rəqəmə malik komanda “Şamaxı”dır. “Şirlər”in dəyəri 3.9 milyon avrodur. Komandanın ən bahalı futbolçusu Rikardo Apolinariodur. Yarımmüdafiəçinin qiyməti 650 min avrodur.
Premyer Liqa klublarının “bazar qiymətləri”
1. Qarabağ – 25.08 milyon avro
2. Sabah – 19 milyon avro
3. Neftçi – 14.15 milyon avro
4. Zirə – 12.58 milyon avro
5. Turan Tovuz – 10.98 milyon avro
6. Sumqayıt – 8.85 milyon avro
7. İmişli – 6.08 milyon avro
8. Araz-Naxçıvan – 5.83 milyon avro
9. Kəpəz – 5.73 milyon avro
10. Qəbələ – 5 milyon avro
11. Şəfa – 4.20 milyon avro
12. Şamaxı – 3.90 milyon avro.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:208
Bu xəbər 08 Oktyabr 2026 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















