Premyer Liqa nəhəngləri “Barselona”nın hücumçusu üçün hərəkətə keçdi
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İspaniyanın “Barselona” futbol komandasının hücumçusu Ferran Torres Avropanın nəhəng klublarının transfer hədəfinə çevrilib. İspaniyalı futbolçuya təkcə qitə daxilində deyil, İngiltərə Premyer Liqasında da ciddi maraq var.
İdman.Biz xəbər verir ki, Ferran Torres Antuan Qrizmannın potensial əvəzləyicisi kimi “Atletiko”nun (Madrid) və Alessandro Bastoninin transferində mübadilə aktivi kimi “İnter”in (Milan) maraq dairəsindədir. Lakin ən qaynar xəbərlər İngiltərədən gəlir. “Mançester Yunayted” və “Arsenal”ın hücum xəttini gücləndirmək üçün ispan hücumçunu yaxından izlədiyi bildirilir.
Valensiya yetirməsi olan 26 yaşlı forvard cari mövsümdə “Barselona”da sərgilədiyi oyunla diqqətləri üzərinə çəkib. Onun texniki hazırlığı, hücumun müxtəlif mövqelərində oynaya bilməsi və qol duyumu Ferran Torresi Avropa klubları üçün cəlbedici hədəfə çevirib.
Torresin yay transfer dövründə “Barselona”da qalıb-qalmayacağı böyük maraq doğurur. Kataloniya təmsilçisinin maliyyə durumunu nəzərə alsaq, cəlbedici təklif qarşısında futbolçunun gedişinə icazə verilə biləcəyi ehtimal olunur.
Qeyd edək ki, Ferran Torres daha əvvəl İngiltərədə “Mançester Siti”nin formasını geyinib və Premyer Liqa təcrübəsinə malikdir. Bu faktor həm “Yunayted”, həm də “topçular” üçün transferin reallaşma şansını artıran əsas amillərdən biridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 30 Mart 2026 08:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















