Premyer Liqa: “Sumqayıt” öz meydanında “Neftçi”yə uduzub
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 5 aprel, AZƏRTAC
Futbol üzrə Misli Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ikinci matçı Sumqayıtda şəhərin eyniadlı təmsilçisi ilə “Neftçi” arasında reallaşıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş Bakı təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qalib komandanın qollarına Freddi Varqas, İfeanyi Metyu və Vensan Abubakar imza atıblar. Meydan sahiblərində isə Nikola Ninkoviç fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 40-a çatdıran “Neftçi” 5-ci, “gənclik şəhəri” təmsilçisi isə 32 xalla 7-ci sırada yer alıb.
Günün ilk matçında “Qəbələ” “Kəpəz”i 2 cavabsız qolla məğlub edib.
Qeyd edək ki, turun digər matçları aprelin 6-7-də keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 05 Aprel 2026 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















