Premyer Liqada XIV turun daha iki oyunu keçiriləcək
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu gün Misli Premyer Liqasında XIV turun daha iki oyunu keçiriləcək. SİA-nın məlumatına görə, günün ilk matçında "Səbail" turnir cədvəlinin lideri "Qarabağ"ı qəbul edəcək.
“ASCO Arena”da baş tutacaq görüşün start fiti saat 17:00-da səslənəcək.
Digər qarşılaşmada isə "Neftçi" "Zirə" ilə münasibətlərinə aydınlıq gətirəcək. "Neftçi Arena"da reallaşacaq matç saat 19:00-da başlayacaq.
Misli Premyer Liqası
II dövrə, XIV tur
23 noyabr
17:00. “Səbail” – “Qarabağ”
Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Cəmil Quliyev, Əkbər Əhmədov.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Asif Əliyev.
“ASCO Arena”
19:00. “Neftçi” – “Zirə”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Əli Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Rəvan Həmzəzadə.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Neftçi Arena”
Qeyd edək ki, turun açılış oyununda "Araz-Naxçıvan" "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 23 Noyabr 2024 09:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















