Premyer Liqanın XIII turunda daha bir oyun keçirildi
Icma.az, Manset saytına istinadən bildirir.
Misli Premyer Liqasının XIII turunda daha bir oyun keçirilib.
Manset.az xəbər verir ki, "Araz-Naxçıvan" "Sumqayıt"la üz-üzə gəlib.
Qarşılaşma Naxçıvan klubunun qələbəsi ilə başa çatıb - 1:0. 87-ci dəqiqədə Ülvi İsgəndərov fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 30-a çatdıran Naxçıvan klubu hələlik birinci pillədə qərarlaşıb.
"Gənclik şəhəri" təmsilçisi 13 xalla yeddinci sırada yer alıb.
Günün digər matçında "Qarabağ" "Zirə" ilə üz-üzə gələcək.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" "Şamaxı" ilə (2:2), "Səbail" "Turan Tovuz"la (1:1), "Sabah" isə "Kəpəz"lə (2:2) heç-heçə edib.

Premyer Liqanın XIII turunda daha bir oyun keçirilib
10 Noyabr 2024 19:20
Premyer liqanın ilk turunda maraqlı oyun
20 İyun 2025 12:05
Premyer Liqanın XVIII turunda Zirə Səbaili məğlub edib
21 Dekabr 2024 20:28
“Qarabağ Premyer Liqanın XXIX turunda Zirə”ni məğlub edib
07 Aprel 2025 00:45
Qarabağ Premyer Liqanın sonuncu turunda Şamaxı ya qalib gəlib
24 May 2025 18:58

