Prezident Axar Baxar və İlisu milli parkları ilə bağlı fərman verdi
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Axar-Baxar və İlisu milli parkları haqqında əsasnamələrin təsdiq edilməsi barədə Fərman imzalayıb.
"Unikal" xəbər verir ki, sənədə əsasən, Nazirlər Kabineti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Milli parkların yaradılmasının məqsədləri təbiət komplekslərini, nadir və etalon təbiət ərazilərini, tarix-mədəniyyət obyektlərini qoruyub saxlamaq, turizm və rekreasiya üçün şərait yaratmaq, təbiəti mühafizənin və ekoloji maarifçiliyin elmi metodlarını hazırlamaq və tətbiq etmək, əhalini ekoloji cəhətdən maarifləndirmək, ekoloji monitorinqi həyata keçirmək, eyni zamanda, zədələnmiş təbiət, tarix-mədəniyyət komplekslərini və obyektlərini bərpa etməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:200
Bu xəbər 06 Fevral 2026 18:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















