Icma.az
close
up
RU
Prezident azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri möcüzə kimi dəyərləndirib

Prezident azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri möcüzə kimi dəyərləndirib

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Bütün bunlar bizə, o cümlədən mənə möcüzə kimi gəlir.

AZXEBER.COM xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bildirib.

"Böyük Qayıdışa gəlincə, bunun üçün gərək ayrıca böyük panel düzəldək və bir neçə saat mən təkcə bu suala cavab verim. Çünki doğrudan da görülən işlər o qədər genişmiqşyaslıdır ki, bunu bir cavabda səsləndirmək çətindir. Hər şey göz önündədir. Getdikcə qayıdan insanların sayı artır və bundan sonra daha sürətlə artacaq. Çünki biz birinci 4 ildə daha çox infrastruktur layihələri ilə məşğul idik, onların əsas hissəsini demək olar ki, bitirmişik. Bütün Qarabağ və Şərqi Zəngəzur dairəvi elektrik şəbəkəsi ilə təmin edilib və Azərbaycanın ənənəvi elektrik təsərrüfatına da qoşulub. Burada artıq 280 MVt gücündə su elektrik stansiyaları elektrik istehsal edir və bu elektrik Qarabağdan Azərbaycanın digər bölgələrinə gedir. Çünki bu gün Qarabağda o qədər adam yaşamır ki, o qədər elektrik lazım olsun”, - dövlət başçısı nəzərə çatdırıb.

"Siz indi maşınla gəlmisiniz, tunellərdən də keçmisiniz. Təkcə Füzuli yolunda 7 tunel inşa edilib. Ümumi tunellərin uzunluğu 80 kilometrdir. Ən uzun tunel yəqin ki, növbəti 2-3 ayda hazır olacaq. Murov dağının altındakı bu tunelin uzunluğu, təkcə bir tunelin uzunluğu 11700 metrdir. Yəni bu, dünya miqyasında ən uzun tunellərdən biridir. Dəmir yolu çəkilib, indi Ağdama rahat qatarla getmək mümkün olacaq. Ağdam-Xankəndi dəmir yolunun təməlini mən bu yaxınlarda qoymuşam. Xankəndi-Şuşa kanat yolunun tikintisi də yəqin ki, yaxın zamanlarda başlayacaq. Həm çox mənzərəli bir vasitə olacaq, bunun funksional tərəfi də çox önəmlidir. Yəni hər yerdə inşaat, quruculuq işləri aparılır, xəstəxanalar, yaşayış binaları tikilir. Qeyd etdiyim kimi, biz infrastruktur layihələrinin əksəriyyətini başa çatdırandan sonra daha böyük vəsait yaşayış evlərinə istiqamətləndiriləcək. Dünən Xocalı rayonunun bir kəndinə insanlar qayıdıb, artıq keçmiş köçkünlərin yaşadıqları yaşayış məntəqələrinin sayı 18-ə çatıb. Xankəndidə Qarabağ Universitetində 1500 tələbə oxuyur, 300 müəllim onlara dərs deyir. Bütün bunlar bizə, o cümlədən mənə möcüzə kimi gəlir. Halbuki sirr deyil ki, bütün bu qərarların verilməsində mənim iştirakım olub. Amma bu gün qısa müddətdə bu qədər böyük işin görülməsi bir daha göstərir ki, nə qədər istedadlı xalqımız var. Mənə çatan məlumata görə, bura səfər edən xarici nümayəndələr deyirlər ki, söhbət təkcə pulda deyil. İstəyir nə qədər pulun olsun, əgər insan kapitalı yoxdursa, əgər insanlar ürəklə işləmirlərsə, heç bir işi görmək mümkün deyil”, - dövlət başçısı vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 19 İyul 2025 22:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see329

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see296

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see296

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see287

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see285

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see279

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see277

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see273

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see268

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see261

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see246

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see243

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see235

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see229

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see227

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see226

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see212

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see212

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri