Prezident: Biz qəti şəkildə Rusiyanın bu təklifindən imtina etdik
Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Təbii ki, qəzanın təfərrüatları tam araşdırılacaq. Bundan mənim şübhəm yoxdur. Onu da bildirməliyəm ki, Azərbaycan ilk gündən beynəlxalq ekspertlərdən ibarət qrupun bu işlə məşğul olmasının tərəfdarı idi. Rusiya tərəfi rəsmi qaydada bizə təklif etmişdi ki, Dövlətlərarası Aviasiya Komitəsi bu işi araşdırsın. Biz isə qəti şəkildə bundan imtina etdik. Səbəb də aydındır. Çünki sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir və qurumun başında Rusiya vətəndaşları dayanır”.
Demokrat.az xəbər verir ki, bunun Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi: “Əgər qəza baş verəndən dərhal sonra biz Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydik, bəlkə də buna etiraz etməzdik. Amma biz gördük ki, burada məsələni ört-basdır etmək cəhdləri göz qabağındadır.
Ona görə biz həm Qazaxıstan tərəfi ilə sıx təmasda olarkən bu mövqeyimizi bildirdik, həm də Rusiya tərəfinə mövqeyimizi bildirdik ki, ancaq beynəlxalq ekspertlərdən ibarət işçi qrup yaradılmalıdır və yaradılmışdır. Orada təyyarənin istehsalçı şirkəti – “Embraer”in nümayəndələri, Braziliyanın müvafiq qurumlarının nümayəndələri, Azərbaycan, Qazaxıstan və Rusiyanın, o cümlədən Dövlətlərarası Aviasiya Komitəsinin nümayəndələri də var. Ancaq aparıcı rollarda yox, sadəcə olaraq, işçi qrupun tərkibində olan üzvlər kimi...”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Rusiyanın təklifindən qəti şəkildə imtina etdik PREZİDENT
29 Dekabr 2024 15:14
Azərbaycan Rusiyanın təklifindən imtina etdi
29 Dekabr 2024 15:29
Bu, birmənalı şəkildə uğursuz olacaq Prezident
09 Aprel 2025 09:59
Biz qəti şəkildə onların mövcudluğunu rədd edirik HƏMAS
02 Mart 2025 00:41
Turistlər kütləvi şəkildə Rusiyanın bir bölgəsinə axın edib
25 Noyabr 2024 21:46