Icma.az
close
up
RU
Prezident Bosniya və Herseqovina rəsmisi ilə görüşdü FOTOLAR

Prezident Bosniya və Herseqovina rəsmisi ilə görüşdü FOTOLAR

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç və üzvü Jelka Tsviyanoviç ilə görüşüb.

Sfera.az xəbər verir ki, ölkələr arasında dostluq əlaqələrinin mövcudluğunu qeyd edən Denis Beçiroviç Azərbaycan Prezidentinin Sarayevoya rəsmi səfərini məmnunluqla xatırladı və Bosniya və Herseqovinanın Azərbaycan ilə qarşılıqlı səmərəli əməkdaşlığı bundan sonra da davam etdirmək əzmində olduğunu dedi.

Qonaq qeyd etdi ki, son dövrlərdə nümayəndə heyətlərinin səfərləri intensivləşib.

Denis Beçiroviç Azərbaycana parlament sədri qismində səfərini xatırladı və vurğuladı ki, həm o vaxt, həm də bu dəfə şahidi olduğu kimi ümumiyyətlə ölkəmiz böyük inkişaf yolu keçib.

O, spiker olduğu dövrdə Bosniya və Herseqovina parlamenti tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı qətnamənin qəbul edildiyini xatırlatdı, bunun ölkələrimiz arasında dostluğun nümayişi olduğunu dedi.

Hazırkı dövrdə Azərbaycan ilə Bosniya və Herseqovina arasında iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini qeyd edən Denis Beçiroviç dedi ki, özü və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç bu səfər zamanı ölkəsinin Azərbaycan ilə ikitərəfli münasibətlərin inkişafı və dostluq əlaqələrini möhkəmləndirmək istəyi ilə bağlı mesajlarını bir daha çatdırırlar. O, ölkəsinin iqtisadiyyatının müxtəlif sahələrinə Azərbaycan investiyasını cəlb etmək marağında olduqlarını bildirdi və bu baxımdan Bosniya və Herseqovinanın infrastruktur və digər sahələrdə Azərbaycan ilə əməkdaşlıqla bağlı təkliflərinin olduğunu dedi. İqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğunu qeyd edən Denis Beçiroviç ölkəmizə səfərinin ikitərəfli hüquq-müqavilə bazasının möhkəmləndirilməsi işinə də töhfə verəcəyinə ümidvarlığını bildirdi.

Prezident İlham Əliyev dəvəti qəbul edib COP29-da iştirak etdiklərinə görə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç və üzvü Jelka Tsviyanoviçə minnətdarlığını ifadə etdi.

Bosniya və Herseqovinanın bizim üçün yaxın dost və tərəfdaş olduğunu, tarixi əlaqələrin mövcudluğunu vurğulayan dövlətimizin başçısı dedi ki, Azərbaycan ilə Bosniya və Herseqovina arasında həmrəylik, qarşılılıqlı hörmət prinsipləri əsasında tərəfdaşlıq inkişaf edir.

Bosniya və Herseqovinaya səfərini və Denis Beçiroviç ilə görüşünü məmnunluqla xatırlayan Prezident İlham Əliyev həmin səfər zamanı keçirilən görüşlərin əlaqələrimizin uğurlu inkişafının davam etdirilməsi işinə xidmət etdiyini vurğuladı.

Dövlət başçısı torpaqlarımızın işğal altında olduğu zaman Bosniya və Herseqovina tərəfindən Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsi məsələsinə görə bir daha minnətdarlığını bildirdi, Bosniya və Herseqovina parlamentinin bununla bağlı qəbul etdiyi qətnaməni dostluq əlaqələrimizin nümayişi kimi qiymətləndirdi.

Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin fəal əməkdaşlıq etdiyini deyərək, siyasi əlaqələrimizin də yaxşı səviyyədə olduğunu vurğuladı. Hələ sovetlər dövründə Bakı ilə Sarayevonun qardaşlaşmış şəhərlər olduğunu qeyd edən dövlətimizin başçısı, o zaman Sarayevodan çoxlu sayda nümayəndə heyətlərinin ölkəmizə gəldiyini, sərginin də təşkil edildiyini məmnunluqla xatırladı.

Söhbət zamanı Cənubi Qafqaz və Balkan regionları arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı, bərpaolunan enerji, sərmayə və infrastruktur sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://sfera.az
archiveBu xəbər 11 Noyabr 2024 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri