Icma.az
close
up
RU
Menu

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

General mayor rütbəsi alan hərbçilər kimdir?

“İlin modeli” seçildi Fotolar

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Bu rayona yeni polis rəisi təyin edildi

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Prezident diplomatik ənənələrini ordu quruculuğu ilə bərabər inkişaf etdirdi

Prezident diplomatik ənənələrini ordu quruculuğu ilə bərabər inkişaf etdirdi

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

“XX əsrin əvvəllərində demokratik respublikamızın cəmi 23 ay çəkən ilk müstəqil diplomatik fəaliyyətindən yalnız 70 il keçdikdən sonra Azərbaycan bu fəaliyyəti demək olar ki, sıfırdan başlayaraq davam etdirdi. Ancaq XX əsrin sonlarında dünya xəritəsi tamam dəyişmiş, dünya siyasəti daha artıq mürəkkəbləşmiş, böyük dövlətlərin ikili standartları, əgər belə demək olarsa, beynəlxalq aləmdə daha artıq bir riyakarlıq və iki üzlülük yaratmışdır.

Belə bir şəraitdə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, Ulu Öndər həmin ikili standartlara qarşı elə bir diplomatik fəaliyyətin əsasını qoydu ki, Azərbaycan müstəqilliyini, bağımsızılığını qoruya bildi, dünya birliyində nəinki öz yerini tutdu, bu yeri möhkəmlətdi, nüfuzlu və möhkəm etdi.”

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin 13 dekabr 2024-cü il tarixli plenar iclası zamanı Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva deyib.

Deputat bildirib ki, Azərbaycan Ermənistan tərəfindən vəhşi bir təcavüzə məruz qaldığı halda ikili standartlar bizi təcavüzkar kimi qələmə verməyə başladı və biz bütün bunları yaxşı bilirik. O, vurğulayıb ki, Prezident İlham Əliyev Azərbaycanın diplomatik ənənələrini qüdrətli bir ordu quruculuğu ilə bərabər daha da inkişaf etdirdi. Nəhayətində, tarixi bir Zəfər əldə olundu.

Millətvəkili Qarabağ Zəfərinin eyni zamanda diplomatik bir Zəfər olmasına diqqət çəkərək, qeyd edib: “Məhz bu diplomatik bacarıq və hərbi hünər, məhz bu lider cəsarəti və səriştəsi Birləşmiş Millətlər Təşkilatının 30 il bir tərəfdə yatıb qalmış Qarabağla bağlı qətnamələrini yerinə yetirdi.

Belə bir diplomatik fəaliyyət nəticəsində Azərbaycan Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Yaxud Qoşulmama Hərəkatına sədrlik etdi. Və son 15 ildə bu cür böyük siyasi diplomatik faktların sayı çoxdur, həm də qürurvericidir ”.

Günay Əfəndiyeva COP29-u dünyamiqyaslı, bəşəri əhəmiyyətli böyük diplomatik hadisə kimi xüsusi qeyd edərək, bildirib:

“Həmin ikili standartların açıq aydın düşmənçilik cəhdlərinə baxmayaraq COP29-un Bakıda keçirilməsi təşkilatçılığı baxımından da son dərəcə, bəşəri baxımdan olduqca aktual, məzmunu baxımından da Azərbaycanı dünya birliyinə özü öz taleyinin sahibi olan müstəqil bir respublika kimi siyasi ictimai diqqət mərkəzinə çevirdi.”

Deputat ölkəmizin mədəniyyət sahəsində diplomatik uğurlarından bəhs edərək, vurğulayıb:

“Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü və bilavasitə dəstəyi ilə Azərbaycanın neçə-neçə maddi-mədəni, mənəvi irs nümunələri YUNESKO siyahılarına qəbul olunmuş və dünya miqyasında tanınmışdır”.

“Şübhə etmirəm ki, “Diplomatik xidmət haqqında” qanunun qəbul edilməsi diplomatik xidmətin əsas vəzifələrinin, yəni Dövlətin beynəlxalq arenada maraqlarının təmsil edilməsi, beynəlxalq müqavilələrin bağlanması və onların icrasına nəzarətin,  vətəndaşlarımızın xaricdə hüquqlarının qorunması, investisiyaların cəlb edilməsi və bir sıra başqa vəzifələrin yerinə yetirilməsi sahəsində əhəmiyyətli rol oynayacaq, qanunvericilik bazası daha da aydınlaşacaqdır”, - deyə Günay Əfəndiyeva qeyd edib. 

Deputat Azərbaycanın mürəkkəb geosiyasi şəraitdə və coğrafiyada yerləşməsinə diqqət çəkərək, bildirib: “Azərbaycan Avropa və Asiya arasında enerji qovşağı kimi çıxış edir. “Şərq-Qərb” nəqliyyat dəhlizi və “Cənub Qaz Dəhlizi” kimi iri beynəlxalq layihələrin əsas iştirakçılarındandır. Bu baxımdan da diplomatik fəaliyyətin tənzimlənməsi üçün hüquqi bazanın yaradılması zərurət doğurur.

Beləliklə, bu qanun layihəsinin qəbul edilməsi düşünürəm ki, institusional bazanı gücləndirməklə, diplomatik xidmətin strukturunu və funksiyalarını formalaşdıracaq, diplomatlarımızın fəaliyyətlərini daha mükəmməlləşdirəcəkdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Dekabr 2024 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see184

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see183

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see155

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see153

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see138

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see134

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see130

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see128

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see128

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see128

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see127

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see126

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see125

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see124

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see124

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see123

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see123

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see122

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see122

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri