Prezident Erhürman: Hristodulidislə görüşdə adada razılaşma atmosferi yaratmaq üçün 10 maddəlik təklif paketi təqdim etdik
Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Erhürman ilk görüşün səmimi, müsbət və konstruktiv bir atmosferdə keçdiyini bildirib. Onun sözlərinə görə, görüşün 1 saat 15 dəqiqəsi heyətlər arasında, 15 dəqiqəsi isə iki liderin təkbətək söhbəti şəklində davam edib.
O, BMT Baş katibinin şəxsi nümayəndəsi Maria Angela Holqin Kuyerarın 5 dekabrda özü ilə, 6 dekabrda isə Nikos Hristodulidis ilə görüşəcəyini, daha sonra isə üçtərəfli görüşün keçiriləcəyini qeyd edib.
Erhürman deyib: “Nümayəndələrimizə tam səlahiyyət verdik. Lazım olan hallarda onlar yenidən bir araya gələrək təqdim etdiyimiz mövzular və ortaya çıxacaq digər məsələlər üzrə fikir mübadiləsini davam etdirəcəklər. Biz də lazım gələrsə yenidən görüşə bilərik dedik. Bununla yanaşı, telefon vasitəsilə daimi əlaqədə qalmaq barədə razılaşdıq.”
Prezident adada həll yönümlü bir atmosferin yaradılması üçün addımlar atılmasının vacibliyini vurğulayıb: “Cənab Ersin Tatar və Cənab Nikos Hristodulidisin Nyu-Yorkda müzakirə etdiyi məsələlərin masada olduğunu, həmin nöqtədən davam edəcəyimizi və bu mövzuların həlli üçün səy göstərəcəyimizi bildirdik.”
Erhürman bildirib ki, planlaşdırılan 5+1 formatlı görüşdən əvvəl və mümkün olarsa, Holqin adaya gəlməmişdən öncə bir sıra əsas məsələlərdə razılıq əldə edilməsinin həm Holqinlə aparılacaq görüş, həm 5+1 formatı, həm də adada müsbət hava yaradılması baxımından faydalı olacağına diqqət çəkiblər. Onun sözlərinə görə, öncədən razılaşdırılması mümkün ola biləcək əsas məsələlər yeni keçid məntəqələrinin açılması və günəş panelləri ilə bağlı proseslərin irəlilədilməsidir.
Görüş zamanı həll atmosferinin qurulması üçün 10 maddəlik təklif paketi təqdim etdiklərini bildirən Erhürman, bu təkliflərə aşağıdakıların daxil olduğunu açıqlayıb:
Qarışıq evliliklərdən doğulan uşaqlara vətəndaşlıq hüququnun verilməsi,Qarışıq evlilik əsillərinin cənubda avtomobil idarə edə bilməsi,Şimali Kiprdə doğulan bəzi şəxslərin cənuba keçidinə imkan yaradılması,Metehan keçid məntəqəsində kabinlərin sayının üçə qaldırılması və hər üç kabində daimi işçi olması,Bostancı və Derinya keçid məntəqələrində də avtomobil hərəkəti üçün şəraitin yaradılması,14 yaşdan kiçik uşaqlar arasında dostluq oyunlarının keçirilməsi,Hər iki liderin Birgə İtkin Şəxslər Komitəsini birlikdə ziyarət etməsi,Mülkiyyətlə bağlı həbslər və məhkəmə prosesləri,Yaşıl Xətt Tənzimləməsi çərçivəsində ticarət aparanların üzləşdiyi bürokratik çətinliklər,Hellim üçün “Bureau Veritas Paris” qurumunun səlahiyyətləndirilməsi və yeni texniki komitənin yaradılması,Avropa İttifaqının Ad-Hoc Komitəsinin yenidən qurulması,Kipr türkləri ilə Kipr rumlarının təhlükəsizlik qüvvələri arasında əlaqə kanalının yaradılması,Metehandakı bufer zonasında yolun genişləndirilməsinin başlanmasına iki liderin birlikdə qatılması.O, həmçinin Kipr probleminin hərtərəfli həlli üçün metodologiyaya dair dörd maddəlik təklif paketini ilk dəfə rəsmi səviyyədə paylaşdıqlarını və 5+1 görüşünə əliboş getmək istəmədiklərini vurğulayıb. “Cenevrə və Nyu-Yorkdakı kimi nəticəsiz bir proses istəmirik. Seçkidən əvvəl görüş keçiriləcəyi açıqlanmışdı, lakin biz həmin görüşə müəyyən nəticələrlə getmək istəyirik”, — deyə qeyd edib.
Erhürman 1 yanvardan etibarən Cənubi Kiprin Aİ Şurasına sədrliyi qəbul edəcəyini xatırladaraq, bu müddətdə Hristodulidis üçün əsas məsələnin Kipr probleminin qalacağını və bunun prosesin ləngiməsi üçün bəhanə olmayacağını deyib.
Görüşdə qarşılıqlı tələblərin verilmədiyini bildirən Erhürman, diplomatik qaydalar baxımından ilk görüşdə tərəflərin bir-birinə birbaşa cavab verməsinin doğru olmadığını bildirib.
Prezident Erhürman jurnalistlərin suallarını da cavablandırıb.
Hristodulidisin hər hansı konkret tələb irəli sürüb-sürmədiyi sualına cavab olaraq Erhürman bildirib ki, masada belə bir tələb səslənməyib. Lakin təkbətək görüşlərində keçmiş prezident Ersin Tatarla qaldıqları yer olan keçid məntəqələri məsələsində necə nəticəyə gələ biləcəkləri barədə ilkin fikir mübadiləsi aparıblar.
Hristodulidisin “Crans Montana’da qalınan yerdən davam edilməsi” fikrini dəyərləndirən Erhürman bunun Hristodulidisin öz istəyi olduğunu deyib və öz mövqelərinin açıq olduğunu vurğulayıb: “Dörd metodoloji təklif üzərində razılıq əldə olunmadan hər hansı genişmiqyaslı danışıqlara başlamağımız mümkün deyil.” O, bu dörd təklifi ilk dəfə rəsmi şəkildə təqdim etdiklərini əlavə edib.
“Samimiyyət varmı?” sualına cavab olaraq Erhürman görüşün ümumi atmosferinin səmimi olduğunu və bunun özlüyündə kifayət etdiyini qeyd edib.
O, prosesin sağlam şəkildə aparılması üçün qarşı tərəfi günahlandıran və ya ön mühakimə yaradan davranışlardan çəkinəcəyini, “günahlandırma oyunu”ndan və tərəfləri narahat edən ifadələrdən uzaq duracağını xatırladıb və görüşdə də bunu vurğuladığını bildirib: “Bu saatdan sonra ön mühakimələrlə hərəkət etmək prosesə fayda yox, zərər verər.”
Erhürman mətbuatda yer alan “günahlandırmalar başladı” kimi yazılara toxunaraq, öz dediklərinin yalnız “danışıqlar masasına aid olduğunu” qeyd edib. Lakin İtkin Şəxslər Komitəsində baş verənlər və ya Cənubi Kiprin digər dövlətlərlə hərbi əməkdaşlıq etməsi kimi məsələlərdə açıqlama verməkdən yayınmayacağını bildirib.
Prezident nümayəndə təyin olunması ilə bağlı suala cavabında bu prosesdə nümayəndənin təcrübəli diplomat — müşavir Mehmet Dana olacağını bildirib. Lakin hərtərəfli müzakirə prosesi başlamamışkən “xüsusi nümayəndə” terminindən istifadəni doğru saymadığını qeyd edib.
Erhürman, BMT Baş katibi Antonio Quterreşin “bu dəfə fərqli olmalıdır” sözlərini xatırladaraq, əgər fərqli olacaqsa, bunun konkret şəkildə görünməli olduğunu deyib və bu çərçivədə BMT Təhlükəsizlik Şurası qərarlarında və digər sənədlərdə yer alan dörd metodoloji təklif üzərində dayandıqlarını vurğulayıb.
Keçmiş təcrübələrə istinad edən Erhürman deyib: “Bu günə qədər çox şey yaşadıq. 50 ildir bu proses davam edir, amma nəticə əldə etməmişik. BMT Baş katibi də bunu görüb ki, ‘bu dəfə fərqli olmalıdır’ deyir. Biz də metodoloji təklifləri məhz BMT-nin bu vaxta qədər dediklərini əsas götürərək irəli sürürük.” O, bu təkliflərin şərt deyil, prosesin daha səmərəli aparılmasını təmin edəcək metodoloji yanaşmalar olduğunu bir daha qeyd edib.
Hansı məsələlərin daha prioritet olub-olmadığı sualına cavab olaraq Erhürman bildirib ki, müəyyən bir üstünlük sıraları yoxdur, lakin ilk mərhələdə “asanlıqla reallaşdırıla biləcəyini düşündükləri” 10 maddəlik paketi təqdim ediblər. O, müzakirə ediləcək mövzuların bununla məhdudlaşmadığını, həll atmosferinə töhfə verəcək digər məsələlərin də müzakirə oluna biləcəyini əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 21 Noyabr 2025 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















