Icma.az
close
up
RU
Prezident ictimai nəzarəti real qərarvermə mexanizmi kimi təqdim etdi

Prezident ictimai nəzarəti real qərarvermə mexanizmi kimi təqdim etdi

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibə bir daha göstərir ki, Azərbaycanda aparılan idarəetmə və kadr islahatlarının mərkəzində yalnız struktur dəyişiklikləri deyil, daha geniş və hərtərəfli nəzarət mexanizmi dayanır. Dövlətimizin başçısının fikirlərində açıq şəkildə vurğulanan əsas mesaj ondan ibarətdir ki, istənilən idarəetmə modelinin uğuru, ilk növbədə, insan amilindən və cəmiyyətin nəzarət imkanlarından asılıdır. Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan yeni idarəetmə modeli çeviklik və operativlik baxımından müasir çağırışlara cavab verir. Lakin Prezidentin də qeyd etdiyi kimi, ən ideal struktur belə, əgər etibarlı və məsuliyyətli kadrlarla təmin olunmayıbsa, gözlənilən nəticəni vermir. Bu baxımdan dövlətimizin başçısının “Struktur islahatlarının aparılması təbii ki, vacibdir. Amma saf, təmiz kadrların yetişdirilməsi ondan daha vacib məsələdir və mənim təcrübəm onu göstərir ki, bu, daha vacib məsələdir, nəinki struktur dəyişiklikləri” fikri strateji yanaşmanın mahiyyətini açır.

Bu sözləri açıqlamasında İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, QHT.az saytının baş redaktoru Cəsarət Hüseynzadə deyib.

O bildirib ki, müsahibədə xüsusi diqqət çəkən məqamlardan biri də Prezidentin ictimai nəzarəti real qərarvermə mexanizmi kimi təqdim etməsidir. Dövlətimizin başçısı açıq şəkildə bildirir ki, qəbul etdiyi bir çox kadr vəzifədən azadetmə qərarlarının əsasında yerlərdən daxil olan siqnallar, yəni vətəndaşların, yerli ictimaiyyətin və müxtəlif mənbələrin verdiyi məlumatlar dayanır. Bu siqnallar təkcə bir qurum tərəfindən deyil, bir neçə instansiya vasitəsilə yoxlanılır ki, subyektivlik və şəxsi maraqlar istisna edilsin. Bu yanaşma göstərir ki, ictimai nəzarət Azərbaycanda yeni mərhələyə daxil olaraq, institusional və funksional mexanizmə çevrilib. Prezident İlham Əliyevin “Əgər yerlərdən siqnal gəlməsə, onda mən haradan biləcəyəm?” fikri dövlət-vətəndaş münasibətlərində məsuliyyətin qarşılıqlı xarakter daşıdığını açıq şəkildə ortaya qoyur. Yəni vətəndaş təşəbbüsü vacibdir, bu olmasa problemlər gizli qala bilər, aktiv mövqe isə islahatların sürətlənməsinə xidmət edir. Mühüm məqamlardan biri də odur ki, dövlətimizin başçısı kadr pozuntularını nəsil və yaş amili ilə əlaqələndirmir. Gənc və ya yaşlı olmasından asılı olmayaraq, əsas meyar şəxsi keyfiyyətlər, mənəvi dəyərlər və cəmiyyət qarşısında məsuliyyət hissidir. Bu isə meritokratiya prinsipinin, – ləyaqətə əsaslanan idarəetmənin, – dövlət siyasətində prioritet olduğunu göstərir.

“Hesab edirəm ki, dövlətimizin başçısı ictimai nəzarətlə bağlı məsələlərə xüsusi diqqət ayırmasının əsas səbəblərindən biri də ondan ibarətdir ki, bu yanaşma müvafiq qurumlar tərəfindən də eyni həssaslıqla olsun, vətəndaş təşəbbüslərinə və ictimai nəzarət mexanizmlərinə ciddi münasibət göstərilsin. Bu isə cəmiyyətdə və yerlərdə məmurlara olan ictimai etimadın daha da güclənməsinə xidmət edir. Vətəndaşların məmurların fəaliyyəti ilə bağlı mövqeyinin birbaşa Prezidentə qədər çatması yerli icra strukturları üçün açıq və ciddi xəbərdarlıq xarakteri daşımalıdır. Prezident İlham Əliyevin müsahibəsi bir mesajı açıq şəkildə cəmiyyətə çatdırır: vəzifə etimaddır, ictimai nəzarət isə bu etimadın qoruyucusudur. Dövlət idarəçiliyində şəffaflıq, ədalət və məsuliyyət yalnız yuxarıdan verilən tapşırıqlarla deyil, cəmiyyətin fəal iştirakı və nəzarəti ilə mümkündür. Bu baxımdan ictimai nəzarətin gücləndirilməsi həm dövlətin, həm də vətəndaş cəmiyyətinin ortaq marağı və məsuliyyətidir”, – deyə QHT sədri vurğulayıb.

C.Hüseynzadə qeyd edib ki, islahatların davamlılığı məhz bu qarşılıqlı etimad və nəzarət balansı üzərində qurulur. Prezidentin ifadə etdiyi kimi, bu proses asan deyil, lakin ictimai nəzarətə söykənən idarəetmə modeli Azərbaycanın uzunmüddətli inkişafının əsas təminatlarından biridir.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://azpost.info
archiveBu xəbər 06 Yanvar 2026 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see429

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see186

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see169

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see162

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see134

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see127

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri