Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Bazar 60 faiz kiçilib...

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Prezident İKT nin Bakı Toplantısında mühüm mesajlar verdi TƏFƏRRÜAT

Prezident İKT nin Bakı Toplantısında mühüm mesajlar verdi TƏFƏRRÜAT

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İyunun 18-də Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Dövlət başçısının çıxışından ən vacib məqamları oxucularımıza təqdim edirik.

Dövlət başçısı çıxışında Azərbaycanın ikinci dəfədir ki, İllik Toplantıya ev sahibliyi etdiyini və bunun təşkilatla sıx əlaqələrimizi, əməkdaşlıq səviyyəsini və birgə fəaliyyətin miqyasını aydın şəkildə göstərdiyini deyib.

“İslam İnkişaf Bankı Qrupunun 2010-cu ildə keçirdiyi İllik Toplantısından sonra biz bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən ölkə olmuşuq. Ən sonuncular sırasında əla nəticələrlə seçilən 2024-cü ildə keçirilmiş uğurlu COP29 tədbirini qeyd etmək istərdim. Eyni zamanda, böyük beynəlxalq toplantılardan olan Ümumdünya Şəhərsalma Forumu ötən ay Azərbaycanda uğurla keçirilmişdir. Bir çox digər tədbirlər də gözlənilir.

Bir sözlə bu, fəaliyyətimizin şaxələndirilmiş gündəliyini bir daha göstərir. Azərbaycan Avrasiya ölkələrini birləşdirən, xüsusən də enerji təchizat zəncirlərinin etibarlı olmadığı, o cümlədən enerji təhlükəsizliyinin hər bir ölkənin milli təhlükəsizliyinə çevrilən əsas amillərdən biri hesab edildiyi bir vaxtda onlara lazımi enerjini təchiz edən irimiqyaslı enerji infrastrukturu layihələrini irəli sürən, maliyyələşdirən və icra edən qlobal sahənin mühüm iştirakçısına çevrilib”.

Azərbaycan Prezidenti qeyd edib ki, çox müsbət sərmayə siyasəti müxtəlif sahələrə, o cümlədən enerji sahəsinə, Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən, Xəzərdə hasil olunan qazın Avropa bazarlarına çıxaran boru kəmərlərinin çəkilməsinə milyardlarla vəsaiti cəlb etməyə imkan yaratmışdır: “Bu, həqiqətən böyük səylər diplomatiya, siyasi münasibət, qonşularla yaxşı münasibətlər, qonşuların qonşusu ilə əlaqələr, maliyyələşmə, yaxşı nüfuz və güclü iqtisadiyyat tələb edirdi. Beləliklə, həmin meyarlar toplusu hazırda Azərbaycana mühüm enerji təchizatçılarından birinə çevrilmək imkanı yaratdı.

Təbii qaz təchizatı ilə bağlı. Bu gün Azərbaycan boru kəməri ilə qaz təchizatının coğrafiyası baxımından birinci yerdədir. Biz təbii qazı 16 ölkəyə nəql edirik. Onların sayı ilbəil artır və artmaqda davam edəcək. Neft təchizatı daha çox ölkələri əhatə edir və bu, hasilatçı, tranzit ölkələrə və istehlakçıların hamısına fayda gətirir.

Beləliklə, bu, yaradılmış komanda işidir və həqiqətən, layihələrin mürəkkəb icrası, maliyyələşməsi, relyefi, qarşımızda olan müxtəlif siyasi maneələr baxımından unikaldır.

Biz əsasən infrastruktura sərmayə yatıraraq diqqətimizi təkcə ölkə daxilindəki infrastruktur üzərinə yox, ölkə daxilində olan beynəlxalq əhəmiyyətli infrastruktura cəmlədik. Digər sözlə, biz bildiyiniz kimi, Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq nəqliyyat qovşağına çevirməyə, güclü nəqliyyat infrastrukturunu qurmaq üçün coğrafiyamızdan bünövrə kimi istifadə etməyə çalışdıq. Çünki əlbəttə, coğrafiya önəmlidir. Lakin onun üzərinə infrastrukturu əlavə etməsək böyük bir çəkisi olmur. Odur ki, bu gün Azərbaycandan keçən Şərq-Qərb və Şimal-Cənub dəhlizləri sayı artmaqda olan ölkələr üçün çox önəmli təchizat marşrutlarını təmin edir. Sadəcə, xəritəyə nəzər salsaq görərik ki, Azərbaycan Avropa və Asiyanın arasında yerləşir. Coğrafi yerləşmə, əlbəttə ki, gündəlikdən asılı olaraq başağrısı da ola bilər, üstünlük də ola bilər. Bizə gəldikdə bu, təkcə bizim üçün yox, bir çox ölkələr üçün üstünlükdür. Bu gün artıq qeyd etdiyim kimi, Azərbaycandan keçən dəhlizlər bir çox ölkələr üçün əlaqələndirilmiş və koordinasiya olunmuş nəqliyyat vətərini yaradır. Əlbəttə ki, bir çox işlər görülməlidir və yeri gəlmişkən, bu, bizim prioritetlərimizdən biridir”.

Dövlət başçısı ölkənin iqtisadi inkişafına da toxunub: “Azərbaycanın iqtisadi inkişafı müsbətdir və qeyd etdiyim kimi, iqtisadiyyat sabitdir. Biz dəyəri 350 milyard ABŞ dollarından çox olan birbaşa investisiyaları, onların yarısını son 20 ildə demək olar ki, xarici mənbələrdən cəlb edə bilmişik. Bizim investisiya planlarımız davam edir, çünki bu gün investorlar sabit yerlərin axtarışındadır. Əfsuslar olsun ki, vaxt ötdükcə sabit yerlərin sayı artmır. Təəssüf ki, bu, günümüzün reallığıdır. Buna görə yaxşı investisiya mühiti, investisiyaların qorunması, qanunvericilik bazası və artıq həyata keçirilmiş layihələr bizə təkcə enerji sahəsinə yox, həm də qeyri-enerji sahəsinə investisiyaları cəlb etməyə imkan verir ki, bu da, yeri gəlmişkən, bizim prioritetlərimizdən biridir. Biz bu barədə 16 il bundan əvvəl Bakıda keçirilmiş İslam İnkişaf Bankının İllik Toplantısında danışdıq və o vaxtdan bəri biz dəyişmişik.

Bu gün qeyri-neft və qaz sektorunun ÜDM-də payı 70 faizdən artıqdır ki, bu da özlüyündə əlamətdar bir nailiyyətdir. Lakin biz ixracımızda neft, qaz və qeyri-neft və qaz sektorunun balansının dəyişdirilməsini davam etdirmək üçün gərgin çalışmalıyıq. Bu gün ixracımızın mütləq əksəriyyətini enerji resursları təşkil edir. Beləliklə, biz vəziyyəti dəyişmək üçün çox gərgin çalışırıq və bunun üçün əlbəttə ki, bizə daha çox islahatlar, daha çox investisiyalar və yeni bazarlar lazımdır və bu da problemdir. Çünki bazarlar uğrunda, mən belə deyərdim, çox fəal mübarizə gedir. Beləliklə, iqtisadiyyatın şaxələndirilməsi artıq reallıqdır, lakin biz, əlbəttə ki, davam etməliyik.

Biz xarici borcumuzu azaltmağa nail olduq. Bu, mənim tərəfimdən bir neçə il bundan əvvəl qarşıya qoyulmuş bir hədəf idi və biz buna nail olduq və hətta planlaşdırdığımızdan artığına nail olduq. Bu gün xarici borcumuz ÜDM-in yalnız 6 faizini təşkil edir, odur ki, biz yenidən borc götürməyə başladıq. Fasilə yaranmışdır, lakin biz yenidən borc götürməyə başladıq və əlbəttə ki, bizim müraciət etdiyimiz birinci maliyyə institutu İslam İnkişaf Bankı idi. Çünki bizim bu Bankla güclü əlaqələrimiz, ortaq tariximiz və çox məhsuldar, konstruktiv münasibətlərimiz var”.

Prezident qeyd edib ki, toplantı zamanı yeni infrastruktur layihələrinə təkan vermək üçün bir çox müqavilələr imzalanacaq və onlar da, öz növbəsində, qeyri-neft sektorunun dəyərinin artmasına gətirib çıxaracaqdır: “Beləliklə, xarici borcun aşağı səviyyədə olması, əlbəttə ki, böyük üstünlükdür. Biz daha çox borc götürə bilərik, lakin bunu çox ehtiyatla edəcəyik. Buna baxmayaraq, bizim xarici valyutada olan ehtiyatlarımız xarici borcumuzu demək olar ki, 20 dəfə üstələyir. Hesab edirəm ki, bu göstəriciyə görə Azərbaycan çox sabit maliyyə vəziyyəti, balanslaşdırılmış büdcəsi olan aparıcı ölkələrdən biridir və bu hal reytinqimizi investisiya reytinqinə qaldıran “Moody's” və “Fitch” kimi aparıcı reytinq agentlikləri tərəfindən dəyərləndirilir. Onların verdiyi proqnoz müsbət və sabitdir. Beləliklə, iqtisadi inkişafımızla bağlı hər hansı bir çətinlik görmürük və irimiqyaslı sosial proqramlarımız da buna uyğundur. Ötən bir neçə ildə əhalimizin demək olar ki, 30 faizindən çoxunu əhatə edən bir neçə sosial dəstək layihəsini icra etmişik. Yoxsulluğun və işsizliyin azaldılması da hədəflərimizdən biri idi və biz buna uğurla nail olduq. Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir. Məşğulluqla bağlı olan məsələlər əhalisi artmaqda olan istənilən digər ölkə kimi, bizim də diqqətimizin mərkəzində olacaq. Çünki əhali artdığı zaman, - təəssüf ki, müsəlman ölkələrində bu tendensiyanın davam etdiyini hamımız bilirik, - bunun, eyni zamanda, özü ilə bir çox çağırışlar gətirdiyini də bilirik. Çünki siz iş yerləri yaratmalısınız, daha çox sosial infrastruktur və ümumiyyətlə, infrastruktur qurmalısınız. Beləliklə, bu məsələ - işsizlik səviyyəsinin çox aşağı səviyyədə saxlanılması həmişə diqqət mərkəzində olacaq”.

Ölkə rəhbəri nəqliyyat dəhlizləri məsələsinə də toxunub: “Mən yalnız gələcəyə dair bir neçə prioritet istiqaməti xüsusi vurğulamaq istəyirəm. Onlardan biri, qeyd etdiyim kimi, bağlantıdır. Biz Azərbaycanı daha da güclü nəqliyyat-logistika mərkəzinə çevirməyə davam etməliyik. Məqsədimiz Azərbaycan ərazisindən daşınan yüklərin həcmini iki dəfə artırmaqdır. Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik. Əlbəttə, bunun hamısı yalnız bizdən asılı deyil. Bu, həm geosiyasi vəziyyətdən, həm də regiondakı ümumi şəraitdən asılı olacaq. Lakin bunlar bizim planlarımızdır”.

İslam İnkişaf Bankı ilə əməkdaşlığın faydasına toxunan dövlət rəhbəri qeyd edib: “Ərzaq təhlükəsizliyi ilə bağlı planlarımız da tam aydındır. Kənd təsərrüfatının inkişafına dair bu yaxınlarda qəbul edilmiş dövlət proqramı çərçivəsində əsas istehlak məhsulları üzrə maksimum özünütəminetmə səviyyəsinə nail olmağı planlaşdırırıq. Suvarma sahəsinə gəldikdə, İslam İnkişaf Bankının su kanalları və su anbarlarının tikintisinə verdiyi dəstək sayəsində fermerlər su ehtiyatlarına daha geniş çıxış əldə edəcəklər və məhsuldarlıq əhəmiyyətli dərəcədə artacaq.

Bərpaolunan enerji də böyük potensiala malik sahələrdən biridir. Artıq beynəlxalq və yerli şirkətlərlə imzalanmış müqavilələr 2032-ci ilədək ölkəmizə 8 giqavat həcmində Günəş və külək enerjisi istehsal gücü qazandıracaq. Bu, minimum göstəricidir. Söhbət niyyət protokollarından deyil, artıq imzalanmış konkret müqavilələrdən gedir və bu rəqəm gələcəkdə daha da artacaq. Hazırda biz ötürücü xətlərin yaradılması və enerji ixracı istiqamətində çalışırıq, çünki qeyd etdiyim kimi, bu qədər enerjiyə ehtiyacımız olmayacaq. Buna görə də enerjiyə ehtiyacı olan bazarlara, ilk növbədə, Avropaya enerji ötürülməsini təmin edəcək infrastruktur üzərində işləyirik. Hamıya məlumdur ki, Avropanın uzun illər ərzində elektrik enerjisinə böyük ehtiyacı olacaq”.

Elçin Bayramlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 İyun 2026 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see531

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see402

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see388

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see374

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see352

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see351

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see307

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see261

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see255

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see247

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see239

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see235

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see231

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see224

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see217

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see203

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see201

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see200

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see198

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri