Prezident İlham Əliyev Azərbaycan ilə Çin arasında beynəlxalq multimodal daşımalar haqqında Sazişi təsdiqləyib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 20 iyun, AZƏRTAC
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.
AZƏRTAC xəbər verir ki, Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.
Azərbaycanın Xarici İşlər Nazirliyinə isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.
Qeyd edək ki, Saziş cari il aprelin 23-də Pekində Prezident İlham Əliyevin və Sədr Si Cinpinin iştirakı ilə keçirilən Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimində Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Çinin nəqliyyat naziri Liu Vey tərəfindən imzalanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 20 İyun 2025 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















