Icma.az
close
up
RU
Prezident İlham Əliyev: AzərbaycanBƏƏ siyasi dialoqu əməkdaşlığı genişləndirmək üçün yaxşı zəmin yaradır AZƏRTAC

Prezident İlham Əliyev: AzərbaycanBƏƏ siyasi dialoqu əməkdaşlığı genişləndirmək üçün yaxşı zəmin yaradır AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 2 dekabr, AZƏRTAC

Qardaşlıq, qarşılıqlı hörmət, etimad və dəstək üzərində qurulmuş Azərbaycan-BƏƏ dövlətlərarası münasibətləri hazırda dinamik və hərtərəfli inkişaf etməkdədir. Fəal siyasi dialoqumuz bütün sahələrdə əməkdaşlığımızı daha da genişləndirmək üçün yaxşı zəmin yaradır.

AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.

Dövlətimizin başçısı qeyd edib ki, BƏƏ Prezidentinin cari il ərzində Azərbaycana həyata keçirdiyi iki səfər ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin yüksək səviyyəsindən xəbər verir.

Son dövrdə ölkələrimiz arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu, əməkdaşlığımızın inkişafında yeni istiqamətlərin müəyyən edildiyini diqqətə çatdıran Azərbaycan Prezidenti əlavə edib: “Enerji sektorunda, xüsusilə də yaşıl enerji sahəsində atdığımız önəmli addımlar məmnunluq doğurur. Bu xüsusda ölkənizin “Masdar” şirkətinin bərpaolunan enerji sahəsində Azərbaycandakı səmərəli fəaliyyətini ayrıca vurğulamaq istərdim”.

Eyni zamanda, Azərbaycanın COP29 sədrliyi ilə BƏƏ-nin COP28 sədrliyi arasında təşəkkül tapmış uğurlu əməkdaşlıq münasibətlərini təqdir edən Prezident İlham Əliyev ölkələrimizin bundan sonra da iqlim fəaliyyətinin irəli aparılması istiqamətində birgə çalışacağına inamını bildirib.

“Əminəm ki, Azərbaycan-BƏƏ dostluğunun və etibarlı tərəfdaşlığının möhkəmləndirilməsi, əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli əsaslarda genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”, - deyə dövlətimizin başçısı məktubunda vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Dekabr 2024 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see193

Tramp Qazaxıstan prezidenti ilə danışdı

07 Sentyabr 2025 20:37see175

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see158

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see151

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see147

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see134

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see133

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see130

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see130

Quraqlıq Qazaxıstanda tarixi sirlərin üzə çıxmasına kömək edib

07 Sentyabr 2025 18:17see129

Kişilərdə mədə narahatlığının simptomları xərçəngə işarə edə bilər

07 Sentyabr 2025 15:39see128

Patris Evra Ser Aleks Ferqyuson haqqında: Ona lazım olan yeganə şey 200 milyon idi VİDEO

07 Sentyabr 2025 18:31see127

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see126

Türkiyə yığması dünya ikincisi oldu

07 Sentyabr 2025 19:59see125

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see124

Məşhur rusiyalı reper Timatini axtarışa verildi

08 Sentyabr 2025 06:29see123

Athletic Bilbao tarixində ilk türk futbolçu transferi

08 Sentyabr 2025 00:13see122

Şəmkirdə təcili yardımda xəsarət həkim və digər şəxslərin kimliyi bilinib Yenilənib

07 Sentyabr 2025 22:04see118

Süni intellekt bütün dünyada fermerlərə kömək edir...

07 Sentyabr 2025 22:26see117

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri