Icma.az
close
up
RU
Prezident İlham Əliyev Ermənistandan nə istəyir? Nərimanov Zəngəzuru verməsəydi...

Prezident İlham Əliyev Ermənistandan nə istəyir? Nərimanov Zəngəzuru verməsəydi...

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Məşhur rus yazıçısı Antоn Pavloviç Çeхоv dramaturq kimi 4 mükəmməl əsər yazıb. Həmin əsərlər indi də dünyanın müxtəlif teatrlarının repertuarında yer alır. Çexov səhnəni və teatrı mükəmməl bilən bir qələm sahibi idi. Onun məşhur bir fikri var: "Birinci pərdədə bir tapançanı divardan asmısınızsa, sonrakı pərdədə o tapançadan atəş açılmalıdır. Əks təqdirdə onu oraya asmayın”.
Dramaturq bu fikri müxtəlif illərdə yazdığı 3 məktubda fərqli formada ifadə edib.

Bəli, əgər səhnədə silah varsa, deməli, tamaşada atəş açılacaq. Bu, qaçılmazdır...

İlham Əliyev Nikol Paşinyana deyir ki, səhnənin ortasından silah asılıb. Bu silahdan nə vaxtsa atəş açılacaq. Bu təhlükəni aradan qaldırmaq üçün gəl o silahı ortadan götürək. Maraqlıdır ki, nə Nikol Paşinayn, nə də “sülhsevər” erməni xalqı buna razılıq vermir.

Söhbət ondan gedir ki, 1990-cı ilin avqustun 23-də Ermənistanda Müstəqillik Bəyannaməsi qəbul olunub. Müstəqillik Bəyannaməsində Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müddəa yer alıb, Ermənistan Konstitusiyasında isə bu müddəaya istinad var.

Azərbaycan bu istinaddan narazıdır və bunu Ermənistanın Azərbaycana açıq ərazi iddiası kimi qəbul edir. Haqlı olaraq deyir ki, bu, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına maneədir.

Bəs ermənilər nə deyir? Deyirlər ki, Konstitusiya Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli qərarında açıq şəkildə qeyd olunub ki, Ermənistan Konstitusiyasında heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur. Başqa bir arqumentləri də var: Ermənistan konstitusiyasının 5-ci maddəsində “Ermənistan Respublikasının ratifikasiya etdiyi beynəlxalq müqavilələrin normaları ilə yerli qanunların normaları arasında ziddiyyət yarandıqda, beynəlxalq müqavilələrin normalarına üstünlük verilir”.
Yəni Ermənistan Konstitusiyası sülh sazişinin imzalanmasına maneə kimi göstərilə bilməz. Əksinə, sülh sazişinin imzalanması Ermənistan konstitusiyasının dəyişdirilməsini də sürətləndirə bilər.

Nəzəri baxımdan düz deyirlər. Ancaq o da bəri başdan bəllidir ki, revanşistlər iqtidara gələcəyi təqdirdə tamam fərqli arqumentlərə söykənəcəklər. Ona görə də İlham Əliyev revanşistləri indidən tərk-silah etmək istəyir.

İkinci məsələ isə Azərbaycan xalqının nifrət etdiyi ATƏT-in Minsk qrupu ilə bağlıdır. Bəllidir ki, 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk qrupuna həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər. Hər 3 ölkədə erməni lobbisi xüsusi nüfuza sahibdir. Ermənistan faktiki olaraq heç bir fəaliyyəti olmayan, missiyası bitmiş Minsk qrupunun da ləğv olunmasını istəmir.

Təsəvvür edin ki, Ermənistanda keçirilən növbəti seçkidə revanşistlər iqtidara gəldi. Heç şübhəsiz ki, onlar Ermənistanda Müstəqillik Bəyannaməsinə və konstitusiyasına istinadən ATƏT-in Minsk qrupunun yenidən fəaliyyətə başlamasını tələb edəcəklər. Zatən elə indinin özündə daşnaklar da daxil olmaqla, Qarabağ klanını təmsil edən partiyalar bu fikirdə olduqlarını heç gizlətmirlər də.

Bir anlığa təsəvvür edin ki, bu və ya digər səbəbdən Azərbaycanda müəyyən problem yaranıb. Kim əminliklə deyə bilər ki, ermənilər bu fürsətdən yararlanmağa çalışmayacaq? Belə bir əminlik yoxdur.

Əslində erməni xalqı özü tələb etməlidir ki, konstitusiya dəyişsin, Minsk Qrupu da buraxılsın. Niyə? Çünki hər iki məsələ səhnədən asılmış silah kimidir, nə vaxtsa o silahdan atəş açılacaq. Sən istəməsən belə səni buna təhrik edəcəklər. Təəssüf ki, erməni xalqı bu təhlükənin nə qədər real olduğunun fərqində deyil. Fərqində deyil ki, Azərbaycanın bu haqlı tələbləri yerinə yetirilməsə gələcəkdə hansısa avantürist lider onu yenidən türklərlə müharibə meydanına sürükləyəcək.

Azərbaycan, konkret desək, İlham Əliyev erməni revanşistlərinin gələcəkdə ortaya çıxara biləcəyi bu kimi təhlükələrdən Azərbaycanı sığortalamaq istəyir. Yəni fürsət varkən qalıcı barış üçün sahəni minalardan indi təmizləmək daha məntiqli deyilmi?

Bəs bu məsələ ilə bağlı ermənilərin arqumenti nədir? Deyirlər ki, Ermənistan ən yüksək səviyyədə ATƏT-in Minsk Qrupunun buraxılması məsələsinə baxmağa hazır olduğunu bəyan edib. Ermənistan sadəcə əmin olmaq istəyir ki, bu, münaqişənin "Qərbi Azərbaycan" şüarı altında Ermənistan Respublikasının ərazisinə keçməsi yox, Ermənistan-Azərbaycan münaqişəsinin de fakto və de-yure başa çatması demək olacaq.

Azərbaycanla Naxçıvan arasındakı Zəngəzur bölgəsi bolşeviklər tərəfindən Ermənistana verilib. Hələ 2021-ci ildə çıxışı zamanı İlham Əliyev bu barədə belə demişdi: “...Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi...”

Tarixdən yaxşı məlumdur ki, Nəriman Nərimanov Bakı Sovetinin 1920-ci il dekabrın 1-də Dövlət Teatrında keçirilən təntənəli iclasında etdiyi nitqində Zəngəzurun Ermənistana güzəştə gedildiyini bildirdi. Bəyanatda yazılıb:

“Sovet Azərbaycanı Ermənistan və Zəngəzurda ən yaxşı yoldaşlarımızın – kommunistlərin günahsız qanını tökmüş və tökən daşnakların hakimiyyətinə qarşı əməkçi erməni xalqının mübarizəsinə yardım göstərərək elan edir ki, bundan sonra heç bir ərazi məsələsi əsrlərdən bəri qonşu olan iki xalqın: ermənilərin və müsəlmanların bir-birinin qanını tökməsi üçün səbəb ola bilməz; Zəngəzur... qəzalarının ərazisi sovet Ermənistanının bölünməz hissəsidir; ...Zəngəzurun hüdudlarında bütün hərbi əməliyyatlar dayandırılır; sovet Azərbaycanının qoşunları buradan çıxarılır”.

Bolşeviklər məhz N. Nərmanovun, yəni sapı özümüzdən olan baltanın əli ilə Zəngəzuru Ermənistana ərməğan etdi.

Bolşeviklər Zəngəzurun Ermənistana verməklə Azərbaycanı və gələcəkdə bir araya gələ biləcəyi ehtimal olunan Türk Dünyasını bəri başdan parçaladılar. Hazırda Zəngəzurun Ermənistanda olması bütün Türk Dünyasını əsir-yesir edib. Düşünün ki, biz Türkiyəyə Gürcüstan üzərindən çıxırıq. Neft və qaz kəmərləri, dəmir yol, digər nəqliyyat vasitələrimiz Gürcüstandan keçmək zorundadır. Halbuki Zəngəzur bizdə olsaydı hər şey başqa cür ola bilərdi.

Əgər Azərbaycan bu gün Ermənistan konstitusiyasında müvafiq dəyişikliyə nail olmasa, ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verdirə bilməsə, heç şübhəsiz ki, bu məsələlər gələcəkdə Zəngəzur itkisi kimi böyük itkilərə yol aça bilər.

Vəziyyət mürəkkəbdir: Həm Ermənistanda bu kimi məsələlərin müsbət həllinə nail olmalıyıq, həm də Nikol Paşinyanın iqtidarda qalmasını təmin etməliyik. Ən azı ona görə ki, o, “real Ermənistan” konsepsiyasından çıxış edir. Revanşistlər isə yenə 3 dəniz arasındakı mifik Ermənistandan dəm vuracaqlar...

Elbəyi Həsənli,
Sürix
Musavat.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 19 Mart 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see276

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see213

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see199

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see185

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see177

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see165

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see158

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see152

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see151

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see144

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see144

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see141

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see132

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri