Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Prezident İlham ƏLİYEV: Türk dünyasının ucu bucağı yoxdur

Prezident İlham ƏLİYEV: Türk dünyasının ucu bucağı yoxdur

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın təşəbbüsü ilə yaranmış “Made in Turan” brendi bu coğrafiyanı tam əhatə edəcək

Son illər beynəlxalq aləmdə gedən ictimai-siyasi proseslər, sürətli qütbləşmələr, güclü dövlətlərin hegemonluq istəyinin “fontan vurması”, zəif və inkişaf etməkdə olan ölkələrə yuxarıdan aşağı baxılması, eynilə əvvəlki dünya müharibələri ərəfəsində olduğu kimi, “parçala, hökm sür!” prinsipinin həyata keçirilməsi, xüsusən yeni müstəmləkəçilik ambisiyalarının artması, demək olar ki, çox ciddi bəşəri fəsadlar vəd edir.

Ənənəvi müttəfiqlərin ciddi səbəb olmadan bir-birindən üz döndərməsi (ABŞ və Avropa İttifaqının timsalında), cəmi iki-üç il əvvəl “Straeji müttəfiqlik fəaliyyəti haqqında saziş” imzalamış dövlətlərdən birinin digərinin haqqını tapdalamaq cəhdləri (Rusiyanın Azərbaycana qərəzli münasibəti kimi), acgöz liderlərin iqtisadi problemləri milli məsələyə çevirərək silah satışından qazanc əldə etmək istəyi (Ermənistana “himayədarlıq” etmək istəyənlər) və digər bu kimi mənfi tendensiyalar dünyanın daha sarsıdıcı fəsadlarla üz-üzə qalacağından xəbər verir. Ona görə də müdrik siyasətçilər və uzaqgörən dövlət başçıları öz xalqlarının maraqlarını təmin etmək üçün siyasi müstəvidə “bir neçə gedişdən sonra” səmərə verəcək yollar axtarır, addımlar atırlar.

Dövlət başçımızın ötən il iyunun 6-da TÜRKPA-nın nümayəndə heyətini qəbul edərkən dediyi “Türk dünyasının gücləndirilməsi, birləşməsi Türk dünyasını, Türk Dövlətləri Təşkilatını dünya miqyasında böyük bir güc mərkəzinə çevirəcək” ifadəsi, sadəcə olaraq, zamanın çağırışlarına cavab verməkdir . Çünki mövcud olan güc mərkəzləri böhran içindədir. Hərəsinin öz böhran çərçivələri var: “Bizim isə əksinə, potensialımız gündən-günə çiçəklənir. Qeyd etdiyim kimi, böyük coğrafiyadır, xəritəyə baxsaq görərik ki, Türk dünyasının ucu-bucağı yoxdur, böyük coğrafiyanı əhatə edir”.

Prezidentin fikrincə, artan əhali, təbii sərvətlər, nəqliyyat yolları, aramızdakı birlik bizi daha da güclü edir. Bu birlik təbiidir, onun təməlində ortaq köklər var. Ona görə bu birlik bütün başqa birliklərdən daha qüvvətli, daha güclüdür. Yəni bizim birləşməyimiz etnik, mədəni köklər üzərindədir və biz, təbii ki, praktiki addımlarla bu birliyi gücləndirməliyik.

Ekspertlərin fikrincə, bu gün beynəlxalq aləmdəki anti-türk, anti-Azərbaycan əhval - ruhiyyənin əsas səbəblərindən biri də məhz türk xalqlarının birliyi və türkdilli dövlətlərin iqtisadi, siyasi, hərbi potensialının durmadan artmasıdır. Məhz bu səbəbdəndir ki, Azərbaycanın ənənəvi dostlarından olan ölkələrdən birinin siyasətçisi “qaşınmayan yerdən qan çıxararaq”, Özbəkistan haqqında təhdidedici fikirlər səsləndirməsi, onun ardınca Rusiya Dövlət Dumasının MDB komitəsinin sədr müavininin “Özbəkistan KTMT-yə qayıtmalıdır və bunun vaxtıdır” kimi müstəqil dövlətin daxili işlərinə qarışması TDT-nin inkişafından yaranan qısqanclığın göstəricisidir.

Bu təhdidlərin nəticəsidir ki, Özbəkistan öz sərhədlərini bərkidir, ölkəyə giriş-çıxış qaydalarını sərtləşdirir, orduda dövlətin və dövlətçiliyin təbliğini gücləndirir. Ancaq bu türk dövlətinə diş qıcardanlar bir deyil, iki deyil. Özbəkistanda Qərbin də çox güclü maraqları var. Ekspertlərin fikrincə, Hindistan, Cənubi Koreya, Çin, Türkiyə, Avropa İttifaqı, Böyük Britaniya, ABŞ, Kanada və s. ölkələr Özbəkistana külli miqyasda investisiya qoyublar. Təbii ki, həmin dairələr öz vəsaitlərini riskə atmaq istəməyəcəklər...

Digər tərəfdən, Özbəkistanın son illərdə atdığı addımlar, xüsusilə Türkiyə ilə əlaqələrin yaxşılaşdırılması Ankaranın lazımi anda Özbəkistana lazımi dəstək verməsinə şərait yaradacaq. Üstəlik, son günlər yayılan məlumatlara görə Qazaxıstan və Özbəkistan arasında tarixi Turan ideyasının gerçəkləşdirilməsi istiqamətində müvafiq addımlar atılıb. Turan ideyasının gerçəkləşdirilməsi isə bütün türk dünyasının çəkici eyni nöqtəyə vurmasına təkan verəcək.

Yeri gəlmişkən, kütləvi informasiya vasitələrinin bir müddət əvvəl “Azərbaycan Françayzinq Assosiasiyası” İctimai Birliyinə istinadən yaydığı xəbərdə oxumuşduq ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin vahid markalaşmaya keçid etməsi bu ölkələrin istehsal etdikləri məhsul, göstərdikləri xidmətə qarşı marağı daha da artıracaq.

Bildirilirdi ki, “Made in Turan” dedikdə TDT-yə üzv ölkələrin istehsal etdikləri məhsulların vahid markalaşmaya keçid etməsi başa düşülür. Bu marka üçün əldə olunacaq xüsusi güzəştlər sayəsində ölkələr arasında ticarət dövriyyəsi artacaq və iqtisadi əlaqələr möhkəmlənəcək. Bu brend, həmçinin Türk dünyası markalarının yeni dövrə keçid etməsidir. Həmin markalaşma siyasəti nəticəsində türk dövlətləri markaları qlobal marka olmaq yolunda əmin addımlarla irəliləyəcək, əldə olunacaq xüsusi güzəştlər sayəsində türk dövlətləri arasında olan ticarət dövriyyəsi artacaq. Adıçəkilən qurumun rəsmisi bildirib ki, həmin marka Türk dünyasının qlobal miqyasda mühüm iqtisadi güc olaraq tanınmasına öz töhfəsini verəcək.

Bu istiqamətdə olan “Turan” yeni ölkələrə açılır” adlı başqa bir xəbərdə isə oxuyuruq ki, Türkiyədən Qazaxıstan, Qırğızıstan, KKTC və Özbəkistana komissiyasız pul köçürmələri başlanıb. Bildirilir ki, Orta Asiya və xüsusilə Türk dövlətləri arasında pul köçürmə prosesini rəqəmsal dünyaya daşıyan “Turan” ilk ölkə genişlənməsini fevral ayında Azərbaycanla etdi. Türkiyədə yaşayan türk soydaşları üçün bir çox maliyyə əməliyyatlarını asanlaşdıran Turan soydaşların öz ölkələrinə pul köçürmə prosesini rəqəmsallaşdırması davam edir.

“Turan”ın Türk dövlətləri ilə bağlı təşəbbüsü haqqında danışan qurumun təsisçisi mətbuata açıqlamasında deyib: “Qaspıralı İsmayılın dil, fikir və iş birliyi missiyasına uyğun olaraq Turanla getdiyimiz yolda tək bir motivasiyamız vardı; Ölkəmizdə yaşayan soydaşlarımızın Türkiyə daxilində maddi imkanlarını artırmaq və öz ölkələrinə pul köçürmə prosesini Avropaya pul köçürməsindən fərqləndirmək. İndi biz xoşbəxtik ki, bu arzumuzu həyata keçiririk. Turan indi Türkiyədə yaşayan Azərbaycan türklərimizin, qazaxlarımızın, qırğızlarımızın, kipr türklərimizin və özbəklərimizin bütün ehtiyaclarına öz dillərində həll təklif edə bilən yeganə maliyyə proqramına çevrilib.

Xatırladaq ki, Turan Texnologiya Anonim Şirkəti 2022-ci ilin may ayında ərsəyə gəlmiş maliyyə texnologiyaları şirkətidir və bütün türk dövlətlərində yaşayan istifadəçilərə fayda verəcək yeni nəsil maliyyə tətbiqi olmaq məqsədilə fəaliyyətini davam etdirir.

Tarixi Turançılıq təfəkkürü və Türk Dövlətləri Təşkilatının həmin dəyərə verdiyi önəm haqqında olan fikirlərimizi Prezident İlham Əliyevin 2024-cü il fevralın 14-də keçirilmiş andiçmə mərasimində söylədiyi fikirlərlə tamamlamaq istəyirik: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

Dövlət başçımız həmin nitqində beynəlxalq aləmdəki bədxahlarımız haqqında danışaraq demişdi ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər: “Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox! Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”.

İttifaq MİRZƏBƏYLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Fevral 2025 02:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see608

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see280

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see273

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see263

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see255

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see248

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see245

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see228

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see223

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see222

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see215

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see213

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see201

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see198

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see190

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see189

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see188

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see175

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see175

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri