Icma.az
close
up
RU
Prezident İlham Əliyevə ünvanlanan tarixi dəvət və yeni beynəlxalq təhlükəsizlik arxitekturası

Prezident İlham Əliyevə ünvanlanan tarixi dəvət və yeni beynəlxalq təhlükəsizlik arxitekturası

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Müasir beynəlxalq münasibətlər sisteminin dərin transformasiya mərhələsindən keçdiyi bir dövrdə dünya siyasətinin əsas gündəm mövzularından biri regional münaqişələrin qlobal təhlükəsizliyə təsiri və onların aradan qaldırılması üçün yeni, effektiv mexanizmlərin formalaşdırılmasıdır. Məhz bu mürəkkəb və ziddiyyətli şəraitdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp tərəfindən ünvanlanan məktub təkcə ikitərəfli münasibətlər kontekstində deyil, həm də qlobal sülh prosesləri baxımından son dərəcə mühüm siyasi sənəd kimi dəyərləndirilməlidir.

Məktubda yer alan “Sizi Azərbaycan Respublikasının Prezidentini Yaxın Şərqdə sülhü möhkəmləndirmək üçün, eyni zamanda, qlobal münaqişənin həll olunmasına yeni yanaşma üsuluna qədəm qoymaq yolunda son dərəcə mühüm əhəmiyyət daşıyan tarixi və möhtəşəm səyimizə qoşulmağa dəvət etməkdən böyük şərəf duyuram” fikri, ilk növbədə, Azərbaycanın beynəlxalq nüfuzunun, balanslı və prinsipial xarici siyasət xəttinin, eləcə də cənab Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinin dünya miqyasında yüksək qiymətləndirildiyini göstərir.

Donald Trampın məktubunda xatırladılan və 2025-ci il sentyabrın 29-da elan edilmiş Qəzza münaqişəsinin həllinə dair 20 bəndlik əhatəli yol xəritəsi müasir diplomatiyada yeni mərhələnin başlanğıcı kimi təqdim olunur. Bu planın qısa müddət ərzində Ərəb dünyası, İsrail, Avropa və digər əsas beynəlxalq aktorlar tərəfindən qəbul edilməsi, habelə BMT Təhlükəsizlik Şurasının 2803 saylı qətnamə ilə bu təşəbbüsü dəstəkləməsi, qlobal konsensusun formalaşması baxımından mühüm siyasi hadisədir. Burada diqqətçəkən əsas məqam ondan ibarətdir ki, sözügedən plan yalnız münaqişənin nəticələrinin deyil, onun kök səbəblərinin aradan qaldırılmasına yönəlmiş kompleks yanaşmanı ehtiva edir.

Məktubda xüsusi vurğulanan Sülh Şurasının yaradılması ideyası isə mövcud beynəlxalq institutların effektivliyinə dair artan suallar fonunda yeni təhlükəsizlik və idarəetmə mexanizminin formalaşdırılması cəhdi kimi çıxış edir. Keçid İdarəetmə Administrasiyası funksiyasını daşıyacaq bu yeni qurumun yaradılması beynəlxalq münasibətlər sistemində alternativ və çevik qərar qəbuletmə modelinin tətbiqinə hesablanıb. Burada Azərbaycanın təsisçi üzv dövlət qismində dəvət edilməsi təsadüfi deyil.

Azərbaycan son illərdə regional və qlobal miqyasda sülhün, sabitliyin və əməkdaşlığın təşviqində fəal rol oynayan dövlət kimi tanınır. Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkəmizin beynəlxalq həmrəyliyin gücləndirilməsi, beynəlxalq hüququn norma və prinsiplərinin müdafiəsi istiqamətində atdığı addımlar, eləcə də postmünaqişə dövründə regionda sülh gündəliyinin irəli sürülməsi cənab Prezident İlham Əliyevin qlobal lider kimi qəbul olunmasının əsas səbəblərindəndir. Azərbaycanın öz ərazi bütövlüyünü beynəlxalq hüquq çərçivəsində bərpa etməsi və bundan sonra revanşizmə deyil, regional əməkdaşlığa çağırış etməsi ölkəmizin sülh quruculuğu sahəsində unikal təcrübəsini ortaya qoyur.

Donald Trampın məktubunda qeyd edilən “daimi sülhün qurulması kimi nəcib məsuliyyəti çiyinlərinə götürmək istəyən seçilmiş ölkələr qrupu” anlayışı Azərbaycanın bu prosesdə yer almasının həm siyasi, həm də mənəvi baxımdan əsaslı olduğunu göstərir. Çünki Azərbaycan öz tarixi, coğrafi mövqeyi və çoxşaxəli diplomatik əlaqələri sayəsində Şərq ilə Qərb, Şimal ilə Cənub arasında körpü rolunu oynayan nadir ölkələrdən biridir.

Beləliklə, cənab Prezident İlham Əliyevə ünvanlanan bu məktub yalnız bir diplomatik dəvət deyil, Azərbaycanın qlobal sülh və təhlükəsizlik arxitekturasında mühüm aktora çevrildiyinin rəsmi təsdiqidir. Bu təşəbbüs bir daha sübut edir ki, müasir dünyada real güc təkcə iqtisadi və hərbi potensialla deyil, etibarlı tərəfdaşlıq, ədalətli mövqe və sülhə töhfə vermək bacarığı ilə ölçülür. Azərbaycanın bu prosesdə iştirakı isə Yaxın Şərqdə və daha geniş coğrafiyada dayanıqlı sülhün formalaşmasına mühüm töhfə verə biləcək strateji amil kimi qiymətləndirilməlidir.

Nicat İsmayılov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 Yanvar 2026 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri