Icma.az
close
up
RU
Prezident İlham Əliyevin Konstitusiya və Suverenlik İli ndə imzaladığı Əfv Sərəncamı yüzlərlə insan üçün böyük mükafat sayıla bilər RƏY

Prezident İlham Əliyevin Konstitusiya və Suverenlik İli ndə imzaladığı Əfv Sərəncamı yüzlərlə insan üçün böyük mükafat sayıla bilər RƏY

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 27 may, AZƏRTAC

Hər il 28 May - Müstəqillik Günü ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən çox sayda şəxsi əhatə edən Əfv Sərəncamının imzalanmasının şahidi oluruq. Bu artıq xoş bir ənənə halını alıb və bir çox məhbuslar cəzalarının cəkilməmiş hissəsindən azad olunur, digərləri azadlığa qovuşur. Şübhəsiz ki, azadlıq bu həyatda ən böyük nemətdir. Bu baxımdan, sözügedən əfv qərarı da Müstəqillik Günü ərəfəsində verilir. Bu qərar ilk növbədə, Prezident İlham Əliyevin böyük humanistliyindən, dövlətimizin insanların qayğısına qalmasından və sosialyönümlü olmasından xəbər verir. Əfv Sərəncamlarının imzalanması ilə cəmiyyətimizin sağlamlaşması yönündə və cəza çəkən insanların sosial inteqrasiyasi istiqamətində daha bir mühüm addım atılır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan - Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov söyləyib.

O vurğulayıb, bu dəfəki Əfv Sərəncamı yüzlərlə məhbusa şamil olunub, onlara və ailələrinə böyük sevinc bəxş edib: "Bu ilk növbədə, Azərbaycanın hüquqi dövlət olmasının daha bir isbatıdır və belə qərarlar cəmiyyətdə hüququ pozan və cinayət törədən insanların yalnız dövlətin humanizminə sığınmasını bir daha nümayiş etdirir. Fikrimcə, beynəlxalq miqyasda da bu Sərəncam çox təqdir olunur, Azərbaycanın insan hüquq və azadlıqlarına, hüququn aliliyinə sadiqliyini göstərir. Həmçinin ölkəmizin insan hüquq və azadlıqlarla bağlı qoşulduğu və tərəfdar çıxdığı bir çox konvensiyalara əsaslandığını göstərir".

Vüqar Əhmədov bildirib ki, Azərbaycan hüquqi dövlət quruculuğu istiqamətində hər zaman önəmli addımlar atıb, qanunun alililiyi və dövlətimizin başçısının humanistliyi digər ölkələrə nümunə olub: "Əfv olunanlar arasında qanunu ciddi şəkildə pozan və cinayət törədən şəxslərin olmasına baxmayaraq, Azərbaycan dövləti cəzaçəkmə müəssisələrində nümunəvi davranışları və ailə vəziyyətlərini nəzərə alaraq, onları qalan cəzalarından azad edərək cəmiyyətdə yararlı şəxs olmalarına şərait yaradır. Bu isə onu göstərir ki, kimliyindən, sosial və siyasi statusundan aslı olmayaraq, hər bir vətəndaş dövlətimizin qayğısı ilə əhatə olunub. Bununla bağlı aidiyyatı dövlət qurumları tərəfindən cəzaçəkmə müəssisələrinə baş çəkilərək məhkumların saxlanma şəraitinə baxış keçirilir və onların sosial adaptasiyası ilə bağlı müxtəlif proqramlar icra edilir. Əfv olunan şəxslər azadlığa çıxdıqdan sonra onların cəmiyyətə inteqrasiyası və məşğulluq məsələlərinin həlli istiqamətində müxtəlif proqram və fəaliyyətlər həyata keçirilir”.

“Əminliklə demək olar ki, bütün bu addımlar Prezident İlham Əliyevin bu istiqamətdə siyasi iradəsini göstərir, cəmiyyətimizin sağlamlaşdırılmasına, vətəndaşların ehtiyaclarının daim diqqətdə saxlanılmasına, hüquqi dövlət quruculuğunda humanizm və insan hüquqları prinsipinin əsas götürülməsinə xidmət etmiş olur. Bu Sərəncam əfv olunan şəxslərin həyatında böyük dönüş nöqtəsi yaratmaqla, onların cəmiyyətə yenidən qayıtmasına, lazımlı bir vətəndaş olmasına təkan vermiş olacaq və dövlətimizin daha da güclənməsinə rəvac verəcək. Çünki əfv olunan şəxslər ən azından ailə başçısı və yaxud bir ailənin üzvləridirlər. Prezident İlham Əliyev əfv olunmaq istəyən vətəndaşların müraciətlərini demək olar ki, hər il imzalanan Əfv Sərəncamlarında nəzərə alır. Hər il humanizm aktı kimi qəbul olunan bu qərarlar cəmiyyəti humanizmə, mərhəmətə və barışa səsləyir, dövlətimizin ümumbəşəri prinsiplərdən, insan hüquq və azadlıqları kimi dəyərlərdən çıxış etdiyini göstərir. Bu dövlət-vətəndaş münasibətlərində də çox önəmli bir mərhələ sayıla bilər. "Konstitusiya və Suverenlik İli"ndə Prezident İlham Əliyev bu Sərəncamla dövlətin ən ali dəyərinin məhz vətəndaş və qanun olduğunu bir daha göstərmiş oldu. Hesab edirəm ki, "Konstitusiya və Suverenlik İli"ndə imzalanan Əfv Sərəncamı yüzlərlə insan üçün böyük bir mükafat sayıla bilər. Vətəndaşlar da öz növbələrində dövlətimizin onlara göstərdiyi bu etimadı doğrultmalı, ölkəmizin inkişafı naminə çalışmalıdırlar", - deyə Vüqar Əhmədov bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri