Icma.az
close
up
RU
Prezident İlham Əliyevin Kopenhagen səfəri: Azərbaycanın çoxvektorlu diplomatiyasının parlaq təzahürü TƏHLİL

Prezident İlham Əliyevin Kopenhagen səfəri: Azərbaycanın çoxvektorlu diplomatiyasının parlaq təzahürü TƏHLİL

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Oktyabrın 2-də Kopenhagendə keçirilən “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı qlobal siyasi gündəlikdə mühüm yer tutan təhlükəsizlik, enerji və əməkdaşlıq məsələlərinin müzakirəsi üçün strateji platforma rolunu oynadı. Zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ölkəmizin Avropa siyasi proseslərində artan rolunun və beynəlxalq diplomatik fəallığının növbəti təzahürünə çevrildi. Prezidentin bu səfəri təkcə iştirak xarakteri daşımadı, həm də Azərbaycan diplomatiyasının sülh, əməkdaşlıq və strateji tərəfdaşlıq xəttinin aydın şəkildə nümayişinə xidmət etdi.

Çoxşaxəli beynəlxalq görüşlər və əməkdaşlıq istiqamətləri

Kopenhagen Zirvəsi çərçivəsində Prezident İlham Əliyevin bir sıra ölkələrin dövlət və hökumət başçıları ilə keçirdiyi çoxsaylı görüşlər Azərbaycanın həm regional, həm də qlobal miqyasda çoxşaxəli əlaqələr qurmaq strategiyasının bariz nümunəsi oldu. Görüşlərdə əsas diqqət regional sülh prosesinə dəstək, Avropa enerji təhlükəsizliyində Azərbaycanın rolu, ikitərəfli iqtisadi və humanitar əlaqələrin genişləndirilməsi kimi məsələlərə yönəlib.

Səfər çərçivəsində keçirilən görüşlərin əsas istiqamətlərindən biri regional sülh prosesinin təşviqi oldu. Prezident İlham Əliyevin Fransa, Ermənistan və digər tərəfdaş ölkələrin liderləri ilə apardığı danışıqlar, Vaşinqtonda əldə olunmuş Sülh Bəyannaməsinə verilən dəstək, Avropa siyasi mərkəzlərinin Azərbaycanın sülh gündəliyini qəbul etdiyini və bu prosesi regional sabitlik üçün zəruri şərt kimi dəyərləndirdiyini nümayiş etdirdi. Ermənistanla aparılan birbaşa dialoqlar və Avropa ölkələrinin bu prosesə verdiyi siyasi qiymət Azərbaycanın regionda formalaşdırdığı yeni geosiyasi reallıqların beynəlxalq səviyyədə qəbul olunduğunu təsdiqlədi.

İqtisadi diplomatiya və yeni tərəfdaşlıq imkanları

Bununla yanaşı, səfər çərçivəsində Avropa enerji təhlükəsizliyi məsələləri xüsusi yer tutdu. Prezident İlham Əliyevin Avropa İttifaqının liderləri və İtaliya Baş naziri ilə apardığı müzakirələrdə Azərbaycanın Avropaya enerji tədarükündə etibarlı tərəfdaş və strateji oyunçu kimi rolu ön plana çıxdı. 2022-ci ildə imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq bəyannaməsi əsasında qaz ixracının artırılması və 2027-ci ilə qədər həcmlərin 20 milyard kubmetrə çatdırılması istiqamətində Azərbaycanın öhdəliklərini uğurla yerinə yetirməsi Avropa siyasi elitası tərəfindən yüksək qiymətləndirildi. Bu, Azərbaycanın təkcə enerji ixracatçısı deyil, həm də qitənin sabitlik və təhlükəsizlik sisteminin ayrılmaz tərkib hissəsi kimi qəbul edildiyini göstərdi.

Eyni zamanda, keçirilən görüşlərdə iqtisadi tərəfdaşlıqların şaxələndirilməsi və yeni investisiya imkanlarının araşdırılması məsələləri də önə çıxdı. Niderland, İtaliya və digər ölkələrin liderləri ilə aparılan danışıqlarda gəmiçilik, kənd təsərrüfatı, sənaye, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində konkret perspektivlər müəyyən olundu. Bu, Azərbaycanın xarici siyasətində iqtisadi diplomatiyanın prioritet istiqamət kimi önəm daşıdığını və ölkəmizin Avropa iqtisadi sisteminə inteqrasiyanın yeni mərhələsinə qədəm qoyduğunu göstərir.

Humanitar əlaqələrin möhkəmləndirilməsi də Kopenhagen görüşlərinin mühüm istiqamətlərindən biri oldu. Xüsusilə Ukrayna ilə aparılan danışıqlarda Azərbaycanın humanitar təşəbbüsləri, müharibə şəraitində olan əhaliyə, xüsusilə uşaqlara göstərdiyi dəstək Avropa ictimai rəyində ölkəmizin humanist və məsuliyyətli tərəfdaş obrazını gücləndirdi.

Azərbaycanın bölgədə yaratdığı reallıqların qəbul olunması

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, politoloq Sultan Zahidov APA-ya açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Kopenhagen səfəri və keçirdiyi görüşlər Azərbaycanın regional sülh gündəliyinin və formalaşdırdığı yeni geosiyasi reallıqların beynəlxalq səviyyədə qəbul edildiyini nümayiş etdirərək, ikitərəfli əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verib.

Prezident İlham Əliyev bir çox ölkələrin liderləri ilə ikitərəfli görüşlər keçirdi. Bu görüşlər qarşı tərəfin müraciətləri əsasında baş tutub. Görüşlər sırasında Prezident İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, İtaliyanın Baş naziri Corcia Meloni, Niderlandın Baş naziri, Ermənistanın Baş naziri Nikol Paşinyan və Moldovanın Prezidenti Maya Sandu ilə danışıqları xüsusi diqqət çəkirdi. Bu görüşlər şübhəsiz ki, Azərbaycanın ikitərəfli əlaqələrinin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, regionda baş verən proseslərin, o cümlədən Azərbaycan–Ermənistan sülh prosesi ilə bağlı qarşı tərəfin məlumatlandırılması baxımından da bu görüşlər xüsusi rol oynayırdı. Görüşlər zamanı tərəflər Prezident İlham Əliyevi Vaşinqtonda əldə olunan Sülh Bəyannaməsi ilə bağlı təbrik etdilər. Bu, əslində, Avropa ölkələrinin Azərbaycanın bölgədə yaratdığı yeni geosiyasi reallıqları qəbul etdiyinin və bu reallıqlara hörmətlə yanaşdığının göstəricisidir,” - politoloq əlavə edib.

Sammitlərdə davamlı iştirakın geosiyasi əhəmiyyəti

Politoloqun sözlərinə görə, Azərbaycanın Avropa Siyasi Birliyinin sammitlərində mütəmadi iştirakı bir daha göstərir ki, ölkəmiz artıq yalnız Cənubi Qafqaz regionunda deyil, həm də dünyanın üzləşdiyi fundamental təhdidlərin həllində mühüm rol oynayan əsas aktorlardan birinə çevrilib:

Məsələn, sammit çərçivəsində Macarıstanın Baş naziri Viktor Orban “Azərbaycan Avropanın qızıl ehtiyatıdır” ifadəsini işlədərək ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki həlledici roluna diqqət çəkdi. Xatırladaq ki, xüsusilə 2022-ci ildə Ursula fon der Lyayenin Azərbaycana səfəri zamanı enerji sahəsində strateji tərəfdaşlığa dair Bəyannamə imzalanmışdı. Bu sənədə əsasən, Azərbaycan 2027-ci ilə qədər Avropa İttifaqına qaz ixracını 20 milyard kubmetrə çatdırmaq öhdəliyini götürüb və bu öhdəliyi bu günə qədər uğurla yerinə yetirməkdədir. Hazırda Avropa Azərbaycanın artan gücünü və Avropa təhlükəsizliyində oynadığı əhəmiyyətli rolu aydın şəkildə görür. Məhz bu səbəbdən də Prezident İlham Əliyev Avropa Siyasi Birliyi sammitlərinə daimi şəkildə dəvət olunur. Hər dəfə bu tədbirlər çərçivəsində dövlət və hökumət başçıları onunla ikitərəfli görüşlər keçirmək istəklərini bildirirlər. Bu görüşlərdə mühüm danışıqlar aparılır və bir sıra razılaşmalara nail olunur”.

Prezident İlham Əliyevin Avropada artan nüfuzu və müsbət imici

Sultan Zahidov qeyd edib ki, Azərbaycanın Avropa Siyasi Birliyində fəal iştirakı Prezident İlham Əliyevin Avropada yüksək nüfuza malik olmasının, ona göstərilən böyük hörmətin və Azərbaycanın beynəlxalq müstəvidə formalaşdırdığı müsbət imicin bariz göstəricisidir.

Bu gün dünyada baş verən müharibələr və münaqişələr fonunda Azərbaycanın sülh gündəliyini formalaşdırması, regionda və qlobal səviyyədə sülh təşəbbüslərini irəli sürməsi beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir. Hətta COP29 dövründə də Azərbaycan qlobal atəşkəs bəyanatını irəli sürmüşdü ki, heç olmasa həmin müddətdə dünyada gedən silahlı münaqişələrə ara verilsin. Bütün bunlar ölkəmizin beynəlxalq statusunu, beynəlxalq təhlükələrin həllində iştirakını və artan siyasi çəkisini aydın şəkildə nümayiş etdirir. Mən hesab edirəm ki, Azərbaycan bu istiqamətdə fəaliyyətini daha da gücləndirəcək və beynəlxalq arenada aparıcı dövlətlərdən biri kimi öz mövqelərini daha da möhkəmləndirəcək. Ümumilikdə, Prezident İlham Əliyevin Kopenhagendə keçirdiyi görüşlər Azərbaycanın çoxvektorlu və fəal xarici siyasət strategiyasının real təzahürünü göstərdi. Regional sülh prosesinin təşviqi, Avropa enerji təhlükəsizliyinə töhfə, iqtisadi tərəfdaşlıqların genişləndirilməsi və humanitar əlaqələrin möhkəmləndirilməsi Azərbaycanın həm regional lider, həm də etibarlı qlobal tərəfdaş statusunu gücləndirdi. Bu səfər Azərbaycanın diplomatik xəritəsində növbəti mühüm mərhələ olmaqla, ölkəmizin beynəlxalq arenada siyasi çəkisinin artdığını bir daha təsdiqlədi”, - politoloq fikrini yekunlaşdırıb.

Beləliklə, Kopenhagen səfəri Azərbaycanın diplomatik xəritəsində təkcə növbəti beynəlxalq tədbir deyil, həm də ölkəmizin beynəlxalq münasibətlər sistemində yeni mərhələyə keçidini simvolizə edən mühüm siyasi hadisə kimi dəyərləndirilə bilər. Bu səfər bir daha təsdiq etdi ki, Azərbaycan öz xarici siyasət kursunu dəqiq strateji istiqamətlər üzərində qurur və regional sabitlik, enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və qlobal humanitar gündəlikdə mühüm mövqeyə sahibdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://apa.az
archiveBu xəbər 03 Oktyabr 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see198

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see184

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see166

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see140

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri