Icma.az
close
up
RU
Prezident İlham Əliyevin Türkmənistan səfəri hər iki region üçün yeni imkanlar yaradır Ekspert rəyi

Prezident İlham Əliyevin Türkmənistan səfəri hər iki region üçün yeni imkanlar yaradır Ekspert rəyi

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 24 avqust, AZƏRTAC

Prezident İlham Əliyevin avqustun 22-də Türkmənistana etdiyi səfər çərçivəsində Füzuli və Arxadağ şəhərlərinin qardaşlaşma protokolunun imzalanması iki xalq arasında tarixi qardaşlıq əlaqələrinin rəmzi ifadəsi kimi dəyərləndirilir.

Türkmənistanın hədiyyəsi olaraq Füzulidə məscidin inşası barədə razılaşma isə xalqlarımızın dini-mənəvi dəyərlər əsasında yaxınlığını daha da gücləndirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan və Türkmənistan xalqları dini, milli, mənəvi baxımdan əsrlərdir ki, bir-birinə bağlıdırlar və bu gün həmin ənənələr dövlətlərarası münasibətlər səviyyəsində davam etdirilir.

Bunu AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

O bildirib ki, Azərbaycan Prezidentinin səfəri çərçivəsində Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə imzalanan sənədlər həm də iki region arasında geosiyasi, iqtisadi və mədəni əməkdaşlığın inkişafına güclü təkan verir. Bu kontekstdə yanaşsaq, Türkmənistan, Azərbaycan və Özbəkistan arasında razılaşdırılan nəqliyyat-logistika memorandumu region üçün strateji əhəmiyyət daşıyır. Bakı və Türkmənbaşı limanlarının imkanlarının birləşdirilməsi, dəmir yolu xətlərinin inteqrasiyası, tranzit və bərə daşımalarının inkişafı "Böyük İpək Yolu"nun bərpasına xidmət edir. Bu, həm region ölkələrinin iqtisadiyyatını gücləndirəcək, həm də Avropa ilə Asiyanı birləşdirən yeni ticarət marşrutlarının daha səmərəli işləməsinə şərait yaradacaq.

Ekspert əlavə edib ki, energetika sahəsində əməkdaşlıq, xüsusən qaz və elektroenergetika üzrə planlaşdırılan layihələr, regionun enerji təhlükəsizliyinə, həmçinin dünya bazarlarına çıxış imkanlarının genişlənməsinə töhfə verəcək. Beləliklə, üçtərəfli görüşün nəticələri təkcə Azərbaycan, Türkmənistan və Özbəkistan üçün deyil, bütövlükdə Mərkəzi Asiya və Cənubi Qafqaz regionu üçün yeni inteqrasiya imkanları açır. Bu əməkdaşlıq hər iki regionda sabitliyin və sülhün möhkəmlənməsinə, regional iqtisadiyyatların qlobal bazarlara çıxışının asanlaşmasına, həm də Avrasiya məkanında dayanıqlı inkişafın təmin edilməsinə şərait yaradır.

“İmzalanmış sənədlər beynəlxalq təşkilatlarda, xüsusən də BMT çərçivəsində ölkələrin təşəbbüslərinin birgə dəstəklənməsini ehtiva etməklə, siyasi baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu təşəbbüs hər iki ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsini təmin edir. Türkmənistan və Özbəkistanla birgə atılan addımlar region ölkələrinin birliyini gücləndirir, Avrasiya qitəsinin geoiqtisadi xəritəsində yeni əməkdaşlıq formatının formalaşmasına zəmin yaradır”, - deyə M.Ələsgərli vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Avqust 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see131

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see129

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri