Prezident: İşğaldan azad edilmiş ərazilərdə 500 600 meqavat gücündə KSES lər inşa ediləcək
Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 500-600 MVt gücündə kiçik su elektrik stansiyaları inşa ediləcək.
Newscenter.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün "Gülüstan" sarayında Səudiyyə Ərəbistanının "ACWA Power" şirkətinin inşa etdiyi 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının (KSES) rəsmi açılış mərasimində bildirib.
Dövlət başçısının sözlərinə görə, azad edilmiş ərazilərin potensial su elektrik stansiyalarının xəritəsi də tərtib edilib: "Ancaq o bölgədə biz təqribən 500, bəlkə də 600 MVt gücündə kiçik su elektrik stansiyalarını inşa edəcəyik. Demək olar ki, bunun yarısı artıq hazırdır və bütün ölkə, o cümlədən azad edilmiş ərazilər vahid şəbəkə ilə birləşdirilib və enerji axınının istənilən istiqamətə göndərilməsi, qəbul edilməsi də təmin olunub".
Anar
Bu mövzuda digər xəbərlər:İşğaldan azad edilmiş ərazilərdə ağacəkmə aksiyası
18 Noyabr 2024 16:13
İşğaldan azad edilmiş ərazilərdə tonqal qalandı
12 Mart 2025 00:11
İşğaldan azad edilmiş ərazilərdə biznes layihələri
08 Yanvar 2026 00:06
İşğaldan azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı
17 İyun 2025 15:26
Baxış sayı:39
Bu xəbər 08 Yanvar 2026 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















