Icma.az
close
up
RU
Prezident medianın qarşısında duran yeni hədəfləri göstərdi

Prezident medianın qarşısında duran yeni hədəfləri göstərdi

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Milli Mətbuatın yaranmasının 150 illiyi ərəfəsində media sahəsində xidmətləri olan qələm əhlini təltif etməsi, onlara fəxri adlar verməsi dövlət başçısının mətbuata göstərdiyi diqqət və qayğının əyani təzahürü idi.
Bu fikirləri Newscenter.az-a Əməkdar jurnalist, "Təhsilə Dəstək və Maarifləndirmə" ictimai birliyinin sədri Süleyman İsmayılbəyli səsləndirib. İctimai birlik sədri deyib ki, media mənsubları, ümumilikdə mətbuat hər zaman dövlətin, dövlət başçısının diqqət və qayğısı ilə əhatələnib.
Prezident İlham Əliyevin 22 iyul, Milli Mətbuat Günü media nümayəndələrinə ünvanladığı müraciətə də diqqət çəkən Süleyman İsmayılbəyli deyib ki, Cənab Prezidentin sözügedən müraciətində həm də medianın yeni dövrdə üzərinə düşən vəzifələr, qarşıdakı hədəflər aydın şəkildə göstərilib:
"Cənab Prezident müraciətində əninliklə ifadə edir ki qarşıdan gələn dövrdə milli mətbuatımızın qlobal informasiya məkanında yerinin daha da möhkəmlənməsini təmin etmək məqsədilə media savadlılığının yüksəldilməsi, ən qabaqcıl kommunikasiya texnologiyalarının tətbiqi, effektiv və çevik kommunikasiyanın həyata keçirilməsi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellektin tətbiqi, dezinformasiya və saxta xəbərlərlə mübarizə kimi amillər aparıcı rol oynayacaqdır".
Əməkdar jurnalist onu da vurğulayıb ki, dövlət başçısının qeyd etdiyi kimi mətbuatın üzərinə yenui məsuliyyət düşür:
"Dövlət başçısının müraciətində qeyd edildiyi kimi dünyada yeni media landşaftının bərqərar olduğu mürəkkəb rəqabət mühitində fəaliyyət göstərən milli mətbuatımızın üzərinə xüsusi məsuliyyət düşür. Belə ki, qlobal informasiya məkanının sürətlə transformasiya olunduğu, beynəlxalq təbliğat fəaliyyətinin ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərdiyi, süni intellektin imkanlarının genişləndiyi, hibrid təhdidlərin və “deepfake”lərin geniş vüsət aldığı müasir dövrdə bizim mediamız peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə əməl edərək, söz və məlumat azadlığından sui-istifadənin qarşısını qətiyyətlə almalı, Azərbaycanın milli maraqlarını və mənafeyini hər şeydən uca tutmalıdır".
Anar Əliyev
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 24 İyul 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri