Icma.az
close
up
RU
Prezident ölkənin bütün sahələrdə liderliyni qoruması üçün yeni milli strateji baxışlarını təqdim etdi

Prezident ölkənin bütün sahələrdə liderliyni qoruması üçün yeni milli strateji baxışlarını təqdim etdi

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

“Cənab Prezident İlham Əliyev “Rossiya Seqodnya” kanalına müsahibəsində regional və qlobal əhəmiyyətli məsələləri incə detallarınadək təhlil etdi, bu məsələlərə münasibətdə Azərbaycanın milli mənafeləri mövqeyindən açıq bəyantlar səsləndirdi. Bu bəyanatlar İlham Əliyevin regional sülhü, qlobal təhlükəsizliyi təhdid edən qüvvələrə qarşı birbaşa və açıq hücumu sayıla bilər. Bu hücum xüsusilə Fransaya, onun siyasi kompetentlikdən uzaq hazırki rəhbərliyinə və Azərbaycana qarşı COP29 dövründə aparılan, ondan öncə də mövcud olan, xüsusilə Vətən müharibəsindən sonra ən üst səviyyəyə çıxarılan qarayaxma kampaniyasının 4 əsas media təmsilçisinə və onların havadarlarına, ABŞ-dakı maliyyə dəstəkçilərinə idi. İlham Əliyev bu qüvvələrin yanlış siyasətlərinin onların məğlubiyyəti ilə nəticələndiyini bəyan etdi”.

Bu barədə Bizimyol.info xəbər portalına Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə açıqlamasında bildirib ki, Fransa öz yanlış siyasəti ucbatından Afrikada, daha dəqiq Nigerdə, Brukino-Fasoda, Malidə uduzdu, ordan çıxmalı oldu, növbə Çaddır: “Yaxın Şərqdə Livanda, Cənubi Qafqazda Azərbaycan və Gürcüstanda Fransa siyasəti iflasa uğradı. Indi Azərbaycan əleyhinə Ermənistan üzərinə “yatırım” edənlər bu siyasətlərinin də uğursuzluqla nəticələnəcəyini bilməlidirlər. Çünki, bu siyasət regionu silah yarışına sövq edir, bu isə sülhdən uzaqlaşdırır. Dünyanı yeni qlobal müharibənin eşiyinə gətirən bu qüvvələrdən yeganə gözlənti daxili sabitsizliklərlə baş edə bilməyib, postu daha kompetent rəhbərlərə təhvil vermələridir.

İlham Əliyev bu baxımdan Trampın ikinci prezidentlik dövrünə daha ümid dolu yanaşdı, onun Rusiya ilə münasibətləri yoluna qoyacağına, qlobal müharibənin eşiyindən geri dönməyə təsir göstərəcəyinə inandığını bildirdi. NATO bloku ilə Rusiya arasında yaxın 5-7 ildə müharibənin olma ehtimalına dair şərhində belə bir müharibədə heç kəsin qələbə qazanmayacağını bildirməklə qlobal sülh çağırışı edən Azərbaycan lideri qlobal liderlik və sülhyaratma bacarığını nümayiş etdirdi. Azərbaycan daima mövqeləri bir-biri ilə çatışan tərəflərin barış meydanı, sülhyaradıcı platforma olub ki, İlham Əliyev bir daha öz müsahibəsində bu məqama toxunmaqla, gələcəkdə də müvafiq missiya ilə çıxış edə biləcəyimizi bildirdi”-deyən Şəhla Cəlilzadə bildirib ki, Azərbaycan artıq dünyada təsir dalğası yaradan hadisələrin inisiatoru, lokomotiv gücü rolunda mühüm nəticələrə nail olub.

Şəhla Cəlilzadə

“COP29 nəticələri, Qoşulmama Hərəkatı çərçivəsində antikolonializm siyasətinin müvafiq nəticələri bunu sübut edir və əlavə sübuta, yaxud tərifə ehtiyac da yoxdur. Azərbaycan öz siyasətini hər zaman dost ölkələrlə koordinasiya edir və edəcək”-deyən politoloq qeyd edib ki, burada cənab Prezident Azərbaycan-Türkiyə birliyinə, həmçinin Azərbaycan-Rusiya strateji münasibətlərinin əhəmiyyətinə vurğu edərək qarşılıqlı anlayışın bütün problemli məsələlərin çözümü olduğunu qeyd etdi. Ermənistan və Azərbaycan da Vətən müharibəsindən sonra sülh istiqamətində qarşılıqlı anlayışa nail olmağa çalışır.

“İlham Əliyev Ermənistan rəhbərliyini Azərbaycanla tam anlaşmaya dəvət edərək, qarşılıqlı razılaşdırmanın, ictimai konsensusun sülhün ən vacib amili olduğunu vurğuladı. İlham Əliyev Azərbaycanın alternativ enerji siyasətinə və hətta gələcəkdə nüvə potensialının dəyərləndirilməsinə dair də fikirlər səsləndirdi ki, bunlar tamamilə yeni baxışları özündə əks etdirir”-deyə politoloq əlavə edib.

Şəhla Cəlilzadənin fikrincə, Türkiyənin Akkuyu AES inşa etməsi və gələcək Sinop AES-nin tikiləcəyi, Ermənistanın müvafiq nüvə obyektləri, Rusiyanın böyük atom gücü, Avropanın 2050-dək yeni enerji hədəflərini elan etməsi və nüvə gücünün artırılmasını qarşısına məqsəd qoymasını nəzərə alsaq, Azərbaycanın heç kəsdən geri qalmayacağını və bütün istiqamətlər üzrə imkanlarını genişləndirəcəyini bəyan edən cənab Prezident ölkəmizin gələcəkdə bütün sahələrdə liderliyini qoruması üçün yeni milli strateji baxışlarını təqdim etdi.

“Bu, sadəcə müsahibə deyil, detalları görməyi bacaran hər bir təhlilçi üçün Azərbaycanın gələcək siyasi-iqtisadi-enerji trayektoriyasını dərk etmək üçün bir strateji yol xəritəsi kimi qiymətləndirilə bilər”-deyə Şəhla Cəlilzadə vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 Dekabr 2024 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri