Icma.az
close
up
RU
Prezident İlham Əliyevin mükəmməl idarəçilik modeli strateji liderlik və ölkənin hərtərəfli gələcək inkişafı üçün etibarlı təməl ŞƏRH

Prezident İlham Əliyevin mükəmməl idarəçilik modeli strateji liderlik və ölkənin hərtərəfli gələcək inkişafı üçün etibarlı təməl ŞƏRH

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 24 dekabr, AZƏRTAC

Azərbaycanın müasir inkişaf yolu bir neçə əsas prinsip - siyasi ardıcıllıq, uzunmüddətli strateji planlaşdırma, milli maraqların qorunması, davamlı dövlətçilik siyasəti və müstəqil, prinsipial xarici siyasət kursu üzərində qurulub. Ölkəmizin iqtisadi, sosial və hərbi sahələrdə əldə etdiyi uğurları, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyinin güclənməsi məhz bu prinsiplərin nəticəsidir.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə həyata keçirilən siyasi kurs, idarəetmə modeli və strateji təşəbbüslər Azərbaycanın sürətli və dayanıqlı inkişafını təmin etmişdir. Bu inkişafın möhkəm təməli isə Ulu Öndər Heydər Əliyevin siyasi irsi ilə bağlıdır. Heydər Əliyev Azərbaycanın müstəqilliyini qorumaq, daxili sabitliyi təmin etmək və güclü dövlət institutları yaratmaqla müasir dövlətçiliyimizin əsasını qoymuşdur. Ulu Öndərin layiqli davamçısı, 2003-cü ildə və sonrakı dövrlərdə ölkəmizdə keçirilən prezident seçkilərində xalqımızın yekdil dəstəyini qazanan Prezident İlham Əliyev bu təməl üzərində müasir çağırışlarla uzlaşan idarəetmə modeli formalaşdıraraq, Azərbaycanda siyasi sabitliyə, iqtisadi inkişafa nail olmuş və ölkəmizin beynəlxalq miqyasda nüfuzu davamlı olaraq artmışdır. Dövlətin bu strateji planlaşdırma və idarəetmə modeli gələcək nəsillər üçün davamlı və dayanıqlı dövlətçilik ənənəsinin qorunub saxlanılmasında xüsusi önəm kəsb edir.

Bu fikirləri Milli Məclisin deputatı Zaur Şükürovun “Prezident İlham Əliyevin mükəmməl idarəçilik modeli - strateji liderlik və ölkənin hərtərəfli gələcək inkişafı üçün etibarlı təməl” sərlövhəli məqaləsində yer alıb.

Yazıda, həmçinin deyilir: “Prezident İlham Əliyevin misilsiz liderliyi, şəhidlərimizin, qazilərimizin, Azərbaycan Silahlı Qüvvələrinin şücaəti, yenilməz iradəsi, xalq və dövlətin sarsılmaz birliyi sayəsində torpaqlarımızın işğaldan azad olunmasından sonra, 2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkiləri - Zəfər seçkisi ilk dəfə olaraq müstəqil Azərbaycanın bütün ərazilərində baş tutdu. Həmin seçkilərdə Prezident İlham Əliyevin seçki platformasında qarşıya qoyulmuş hədəflər - hər bir vətəndaşın rifahının davamlı yaxşılaşdırılması, qabaqcıl elmə və yüksək texnologiyalara əsaslanan dayanıqlı iqtisadi artım, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, milli maraqlara söykənən müstəqil xarici siyasət, milli təhlükəsizlik və müasir ordu quruculuğu, innovativ və müasir təhsil, qabaqcıl səhiyyə, müasir, milli köklərə bağlı, vətənpərvər gəncliyin inkişafı, demokratik inkişaf, insan hüquq və azadlıqlarının təmin edilməsi kimi prinsiplər dövlətimizin başçısının Azərbaycanın dayanıqlı inkişafı naminə strateji məqsədlərini bir daha nümayiş etdirir. Ötən dövrdə həyata keçirilmiş ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialın formalaşmasını, müasir cəmiyyət quruculuğunu, vətəndaşların rifahını, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin effektiv həllini təmin edib, ölkəmizin beynəlxalq nüfuzu yüksəlib, dünyada strateji əhəmiyyəti artıb. Prezident İlham Əliyev Azərbaycan dövlət idarəçiliyi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, milli məqsədlərə xidmət edən siyasi fəaliyyət nümunəsi gətirdi.

Prezident İlham Əliyevin iqtisadi siyasəti dayanıqlı inkişaf və şaxələndirmə prinsipləri üzərində qurulub. Enerji sahəsinin imkanlarından səmərəli istifadə ilə yanaşı, qeyri-neft sektorunun inkişafı strateji prioritetlərdən biri olaraq müəyyənləşdirilib. İqtisadiyyatda qeyri-neft sektorundan asılılığın ilbəil azaldılması da məhz bu siyasətin nəticəsi kimi qiymətləndirilməlidir. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyini möhkəmləndirmiş və uzunmüddətli perspektivdə sabit iqtisadi inkişaf modelinin bərqərar olmasına imkan verib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycanda aparılan islahatlar, düşünülmüş siyasət ölkəmizin hərtərəfli inkişafına təkan verdi. Bu gün Azərbaycan gələcəyə çox böyük ümidlərlə, nikbinliklə baxır. Bunun əsas səbəbi iqtisadi müstəqillikdir, iqtisadi gücümüzdür və siyasi iradədir”.

İqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi məqsədilə Prezident İlham Əliyevin təşəbbüskarı olduğu qanun layihələri, həmçinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial-iqtisadi layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir.

Ölkə əhalisinin, xüsusilə aztəminatlı ailələrin sosial rifah halının yüksəldilməsini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” 2025-ci il 22 dekabr tarixli Sərəncamı ilə 2025-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 manat məbləğində birdəfəlik maddi yardım verilməsi ilə bağlı qərar qəbul etdi. 76 min ailəni, o cümlədən 335 min 200 nəfər ailə üzvünü əhatə edəcək bu Sərəncam aztəminatlı ailələrin sosial müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilərin bərpa və yenidən qurulması üçün hazırda irimiqyaslı layihələr gerçəkləşdikrilməkdədir. Məhz Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərancamı və Böyük Qayıdışın davamlılığının təmin edilməsi məqsədilə 2025-ci il 30 may tarixində imzaladığı Sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı” layihəsinin hazırlanması üçün tapşırıq verilməsi bu məqsədə xidmət edir. Dövlət Proqramında Qarabağın və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı işlər postmünaqişə dövründə tətbiq edilən ən sistemli və sürətli yenidənqurma modellərindən biri kimi beynəlxalq təcrübə üçün mühüm nümunədir.

Xüsusi qeyd edilməlidir ki, Prezident İlham Əliyev yüksək təvazökarlıq nümunəsi göstərərək, doğum günlərində bir qayda olaraq sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Bu cür əlamətdar günlərində Prezident şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, habelə yeni salınmış köçkün qəsəbələrində insanlarla görüşür.

Bu il də doğum günündə dövlətimizin başçısı Xankəndi və Ağdama səfər edərək, öz doğma torpaqlarına geri dönmüş sakinlərlə görüşdü və yeni istifadəyə verilən obyektlərin açılışında, habelə təməlqoyma mərasimlərində iştirak etdi.

Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən praqmatik, müstəqil və prinsipial xarici siyasət ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb.

Torpaqlarımızın işğaldan azad olunmasından sonra Prezident İlham Əliyev tərəfindən irəli sürülən sülh gündəliyi, normallaşma prosesi ilə bağlı ölkəmiz tərəfindən atılan addımlar son nəticədə 8 avqust tarixdə ABŞ-ın paytaxtı Vaşinqtonda ABŞ prezidentinin vasitəçiliyi və şahidliyi ilə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması və ATƏT-in Minsk Qrupu və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubunun ünvanlanmasından sonra, 2025-ci il noyabrın 30-da saat 23:59-da bu səmərəsiz strukturların ləğv olunması ilə nəticələndi. Bu isə öz növbəsində, ümumilikdə regionumuzda sülh və sabitliyinin, inklüziv inkişafın təmin olunması üçün əlverişli şərait yaratdı.

İnanırıq ki, Prezident İlham Əliyevin ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişafına hesablanmış son dərəcə uğurlu daxili və xarici siyasət kursu Azərbaycanın gələcək inkişafı və beynəlxalq aləmdə etibarlı tərəfdaş qismində nüfuzunun daha da artmasına imkan verəcəkdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Dekabr 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see166

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see139

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri