Icma.az
close
up
RU
Prezident Patrisia Canet Skotland ilə görüşdü YENİLƏNDİ

Prezident Patrisia Canet Skotland ilə görüşdü YENİLƏNDİ

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 18-də Millətlər Birliyi təşkilatının (Commonwealth of Nations) Baş katibi Patrisia Canet Skotland ilə görüşüb.
Demokrat.az 
xəbər verir ki, Patrisia Canet Skotland COP29-un yüksək səviyyədə təşkilinə, ilk dəfə olaraq COP çərçivəsində kiçik ada dövlətləri ilə əlaqədar Zirvə toplantısının keçirilməsinə və Azərbaycanın COP Sədrliyinin prioritetləri sırasında bu dövlətlərin iqlim problemlərinin əsas istiqamətlərdən biri kimi müəyyən edilməsinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Qonaq Azərbaycanla Millətlər Birliyi təşkilatı arasında qurulmuş əməkdaşlığa, ölkəmizin bu təşkilata üzv kiçik ada dövlətləri ilə bağlı maliyyə dəstəyi fonduna görə də təşəkkürünü çatdırdı.
Millətlər Birliyi təşkilatının Baş katibi, həmçinin Azərbaycanın kosmik imkanlarını səfərbər edərək Millətlər Birliyinin üzvü olan kiçik ada dövlətlərinin üzləşdiyi iqlim problemlərinin təhlil edilməsini və məlumat bazası sisteminin yaradılmasını təqdir etdiklərini dedi. O, ümumilikdə Azərbaycanın sədrliyi dövründə kiçik ada dövlətləri ilə əlaqədar çoxsaylı tədbirlərin keçirildiyini və dünyanın kosmik agentliklərinin səylərinin də səfərbər edildiyini vurğuladı.
Patrisia Canet Skotland bundan sonra da Azərbaycanla əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını bildirdi.
Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan COP-a sədrliyi dövründə kiçik ada dövlətlərinin iqlim problemləri ilə bağlı onlarla əməkdaşlığı əsas istiqamətlərdən biri kimi müəyyən edib, ölkəmiz tərəfindən bununla əlaqədar Zirvə toplantısı keçirilib. Azərbaycanın Millətlər Birliyi təşkilatı ilə əməkdaşlığını davam etdirəcəyini deyən Prezident İlham Əliyev kiçik ada dövlətlərinin iqlim problemlərinin daim diqqət mərkəzində saxlanılacağını qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində formalaşdırılmış həmrəyliyin məhz COP sədrliyi dövründə də davam etdiriləcəyini dedi.
Söhbət zamanı Azərbaycan ilə Millətlər Birliyi təşkilatı arasında əməkdaşlığın perspektivləri müzakirə olundu.
*** 12:11
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Millətlər Birliyi təşkilatının (Commonwealth of Nations) Baş katibi Patrisia Canet Skotland ilə görüşüb.

Demokrat.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Noyabr 2024 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri