Icma.az
close
up
RU
Prezident Qərbi Azərbaycana qayıdış konsepsiyasını sülh yolu kimi görür Millət vəkili

Prezident Qərbi Azərbaycana qayıdış konsepsiyasını sülh yolu kimi görür Millət vəkili

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"İnanırıq ki, Qərbi Azərbaycan İcmasının sülhsevər üzvləri öz ata-baba yurdlarına qayıdacaq və xalqlarımız arasında mehriban qonşuluq münasibətləri yaranacaqdır".

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın iştirakçılarına müraciətində deyilir.

Dövlət başçısının müraciəti ilə bağlı Redaktor.Az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, Qərbi Azərbaycana qayıdışla bağlı keçirilən konfranslar hər dəfə qayıdışımızın hüquqi bazasını genişləndirməklə beynəlxalq ictimaiyyətin diqqətini bu problemə yönəltmiş olur:

"Azərbaycan Prezidenti İlham Əliyev konfransa ünvanladığı məktubda qayıdışı ədalətin və beynəlxalq hüququn bərpası kimi qiymətləndirərək onun sülhə xidmət edəcəyini ifadə edib. Doğrudan da bu gün sülhə gedən yolda qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması ictimai etimad mühitini formalaşdıran əsas sütun rolunu oynaya bilər. Eyni zamanda bu, Ermənistanla Azərbaycan arasında qarşılıqlı şəkildə inteqrasiyanın, əməkdaşlığın və tərəfdaşlığın inkişafına gətirib çıxara bilər".

Millət vəkili vurğuladı ki, sülh üçün ictimai təminat olan ədalət və hüquq konfransın əsas predmeti olmaqla yanaşı, həm də sülhə xidmət edir:

"Azərbaycan prezidenti də məhz bu məsələyə vurğu edərək Qərbi Azərbaycana qayıdış konsepsiyasını və qayıtmaq hüququnu sülh konsepsiyası, sülh yolu kimi görür. Ona görə də artıq üçüncü dəfə keçirilən bu konfrans həm qayıdışla bağlı hüquqi bazanın genişlənməsini, həm bu sahədə mövcud olan və dünyada tətbiq edilən təcrübənin öyrənilməsini, həm də postmüharibə mərhələsində mədəni irsin və sülhün əldə olunmasına yönəlik təcrübənin araşdırılmasını təmin edir. Eyni zamanda qlobal ictimai rəyin də məhz bu problemə fokuslanmasına şərait yaradır".

Aytəkin TOFİQQIZI

Share

Tweet

Email

Share

Share

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 06 Dekabr 2025 00:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see140

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see138

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see138

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri