Prezident: Qərbi azərbaycanlıların Ermənistandakı dədə baba torpaqlarına qayıdışının təmini regionda sülh üçün vacib şərtdir
Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
Qərbi Azərbaycan İcmasının beynəlxalq hüquqa uyğun dinc təşəbbüsləri təqdirəlayiqdir və dünya ictimaiyyəti tərəfindən dəstəklənir. Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə Ermənistandakı dədə-baba torpaqlarına qayıdışının təmin edilməsi regionda sülhün, insan hüquqlarının və barışığın bərqərar olması üçün vacib şərtdir.
Newscenter.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində əksini tapıb.
Dövlət başçısı xüsusi olaraq vurğulayıb ki, Qərbi azərbaycanlıların qayıdış istəyi Ermənistana qarşı ərazi iddiası demək deyildir və Ermənistan həmin istəyi bu formada təqdim etmək cəhdlərindən əl çəkməlidir. Qayıdış reallaşana qədər bu məsələ Azərbaycanın gündəliyindən çıxmayacaqdır. Təbii ki, öz yurdlarına dönəcək Qərbi azərbaycanlılara təhlükəsizlik zəmanəti də verilməlidir.
“İnanırıq ki, Qərbi azərbaycanlılar təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıdacaq və bölgədə davamlı sülh bərqərar olacaqdır”, - deyə müraciətdə qeyd edilib.
Sevinc Mehdiyeva
Bu mövzuda digər xəbərlər:Qərbi azərbaycanlıların qayıtması üçün... Prezident
18 Dekabr 2024 11:56
“Qərbi azərbaycanlıların öz dədə baba torpaqlarına qayıtmaq hüququ var”
06 Noyabr 2025 11:03
Trampın mövqeyi Hindistan üçün vacib şərtdir
07 May 2025 15:15
Bu, qlobal sülh üçün ilkin şərtdir Duran
23 Noyabr 2025 09:31
Qərbi azərbaycanlıların torpaqlarına qayıdışı üçün zəmin yaranıb İcma sədri
02 Dekabr 2024 12:40
Baxış sayı:109
Bu xəbər 21 May 2025 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















