Prezident səhnədə şou göstərdi, qarşıdurma yarandı KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sərt qənaət tədbirlərinə görə tənqidlərə məruz qalan Argentina Prezidenti Xavyer Milei kitab təqdimatı zamanı səhnəyə çıxaraq rok stilində mahnılar oxuyub, siyasi şüarlar səsləndirib.
KONKRET.az xəbər verir ki, Buenos Ayresdəki Movistar Arenada qalmaqallı “Möcüzənin yaradılması” kitabın təqdimat mərasimi keçirilib.
Xavyer Milei ABŞ Prezidenti Trampsayağı çıxışlar edib.
“Bu hökumətin heç vaxt sakitləşdirə bilməyəcəyi bir şey bizim islahatçı mövqeyimizdir, çünki biz Argentinanı dünyanın ən azad ölkəsi edəcəyik və Argentinanı yenidən möhtəşəm edəcəyik. Beləliklə, ya azadlıq zəfər çalacaq, ya da Argentina geriləyəcək” – deyə Milei qeyd edib.
Milei səhnədə mahnılar oxuyub.
Prezidentin səhnədəki çıxışı zamanı arenadan çöldə iki siyasi qrup arasında toqquşma olub. Mileinin tərəfdarları və əleyhdarları arasında gərginlik yaşanıb. Polis insidentə müdaxilə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 08 Oktyabr 2025 00:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















