Icma.az
close
up
RU
Prezident Tatar: “İki dövlətin və iki xalqın xeyrinə olacaq mövzularda əməkdaşlığa hazırıq”

Prezident Tatar: “İki dövlətin və iki xalqın xeyrinə olacaq mövzularda əməkdaşlığa hazırıq”

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Prezident Ersin Tatar, Kiprdə 60 ildir iki ayrı dövlətin, iki ayrı hakimiyyətin, iki ayrı bölgənin və iki ayrı demokratik sistemin mövcud olduğunu vurğulayıb.

Bizimyol.info xəbər verir ki, Prezident Tatar, dünən BMT-nin nəzarətindəki neytral bölgədə Kipr Rum lideri Nikos Xristodulidis ilə keçirdiyi görüşdən sonra etdiyi açıqlamada bu reallıqların qəbul edilməsinin və qarşılıqlı hörmətin əsas götürülməsinin vacibliyini qeyd edib və iki dövlətin və iki xalqın xeyrinə olacaq məsələlərdə əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.

Tatar, Rum tərəfinin mülkiyyət məsələsində atdığı addımların gərginliyi artırdığına diqqət çəkərək, Şimali Kiprdə qanunlar çərçivəsində sərmayə yatıran şəxslərin hədəfə alınmasının qəbuledilməz olduğunu vurğulayıb. Prezident, Avropa İttifaqının neytral bölgədə qurmağı planlaşdırdığı günəş enerjisi stansiyası layihəsinə yalnız istehsal olunacaq elektrik enerjisinin birbaşa olaraq Kipr Türk Elektrik İdarəsinə (KIB-TEK) verilməsi şərti ilə razılıq verə biləcəklərini bildirib.

"İki dövlətin əməkdaşlığı ilə su, enerji, minaların təmizlənməsi və qəbiristanlıqların bərpası kimi texniki mövzularda ortaq işlər görülə bilər", – deyən Tatar, bütün sahələrdə irəliləyişin təmin olunması üçün tərəflərin bərabər statusda tanınmasının vacib olduğunu bildirib.

O, görüş zamanı Rum liderin daim "Yenidən birləşmiş Kipr (Reunited Cyprus)" ifadəsini işlətdiyini və "federasiya" sözünü belə istifadə etmədiyini vurğulayaraq bu yanaşmanın reallıqlarla üst-üstə düşmədiyini bildirib.

Prezident Ersin Tatar: “Kiprdə 60 ildir iki ayrı xalq, iki ayrı hakimiyyət, iki ayrı demokratiya və iki ayrı dövlət var. Bu reallıqlar nəzərə alınmadan sağlam bir prosesin irəliləməsi mümkün deyil”, – deyə qeyd edib.

Prezident Tatar, yeni yaradılan 13-cü Texniki Komitə olan "Gənclər Komitəsi"nin ilk toplantısında iştirak etdiyini bildirib və komitədə 16 Kiprli Türk və 16 Kiprli Rum gəncin, bərabər sayda qadın və kişinin iştirak etməsinin gender bərabərliyi baxımından əhəmiyyətli olduğunu vurğulayıb. O, gənclər arasında qurulacaq dialoqun gələcəkdə həll yönümlü düşüncələrə və məsuliyyət hissinin formalaşmasına töhfə verəcəyini qeyd edib.

Prezident Tatar, mülkiyyət məsələsinin görüşdə əsas başlıqlardan biri olduğunu vurğulayaraq, BMT Baş katibinin "Yeni bir atmosfer yaranmışdır" ifadəsinə istinad edib və bu müsbət havada iki tərəfin əməkdaşlığı ilə konkret addımların atıla biləcəyi ümidinin Rum tərəfinin aqressiv mülkiyyət siyasəti ilə zərbə aldığını bildirib. Tatar, bu narahatlığı görüşdə Rum liderə açıq şəkildə bildirdiyini qeyd edib.

Annan Planından sonra Taşınmaz Əmlak Komissiyası ilə həll olunmuş mülkiyyət məsələlərinin illər sonra yenidən gündəmə gətirilməsinin səbəbini soruşan Tatar: “Rum tərəfinin mülkiyyətlə bağlı atdığı addımlar gərginliyi artırır”, – deyib.

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) öz qanunları çərçivəsində tamamilə qanuni yollarla sərmayə yatıran şəxslərin hədəf alınmasının və bəzilərinin Cənubi Kiprdə həbs olunmasının qəbuledilməz olduğunu bildirən Tatar, bu cəhdlərin tərəflər arasında yeni formalaşmağa başlayan müsbət atmosferi poza biləcəyini vurğulayıb.

O, bu vəziyyəti BMT-nin Kipr üzrə Xüsusi Nümayəndəsi Colin Stewart-a da açıq şəkildə çatdırdığını və bu narahatlığın BMT Baş katibinə təcili və ciddi şəkildə bildirilməsini tələb etdiyini qeyd edib. Tatar: “Əgər yeni bir atmosfer yaranırsa, bu cür həssas mövzularda gözlənti gərginliyin azaldılmasıdır. Amma əksinə olur”, – deyib.

Prezident Tatar, Türk tərəfinin keçid məntəqələri ilə bağlı təklifinin Haspolat və Akıncılar-Limya məntəqələrinin açılması olduğunu bildirib və Metahan məntəqəsindəki sıxlığın xüsusilə səhər və axşam saatlarında ciddi trafik yaratdığını, yeni keçidlərin bu yükü azalda biləcəyini qeyd edib.

Rum tərəfinin isə Erenköy və ya Kiracıköy-dən “Cənubdan Cənuba” keçid üçün bir dəhliz təklif etdiyini bildirən Prezident Tatar, bu təklifin təhlükəsizlik və digər səbəblərdən onlar üçün qəbul edilməz olduğunu vurğulayıb.

Prezident Tatar, iyul ayında keçirilməsi planlaşdırılan görüşə zəmin yaratmaq məqsədilə BMT Baş katibinin şəxsi nümayəndəsi Maria Holguin-in bu prosesə töhfə verəcəyini və may ayında adanı ziyarət etməsinin gözlənildiyini bildirib. Holguinin zəmanətçi ölkələr və əlaqədar tərəflərlə təmasda olacağını qeyd edən Tatar, Kipr Türk tərəfinin hər iki tərəfin xeyrinə olacaq məsələlərdə dialoq, təmas və qarşılıqlı hörmətin tərəfdarı olduğunu bir daha ifadə edib.

Prezident Tatar açıqlamasını: “Biz heç vaxt əməkdaşlıqdan qaçmırıq. Qarşılıqlı hörmət əsasında dialoqa və əməkdaşlığa hər zaman açıq olduğumuzu bu günkü görüşdə də bir daha bildirdim”, – deyiə bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 May 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri