Icma.az
close
up
RU
Prezidentin BƏƏ yə səfəri Azərbaycan Körfəz münasibətlərini strateji müttəfiqlik mərhələsinə yüksəldir ŞƏRH

Prezidentin BƏƏ yə səfəri Azərbaycan Körfəz münasibətlərini strateji müttəfiqlik mərhələsinə yüksəldir ŞƏRH

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 4 fevral, AZƏRTAC

Son illərdə Azərbaycanın xarici siyasət kursunda müşahidə olunan mühüm tendensiyalardan biri Körfəz və ümumilikdə ərəb dünyası ilə münasibətlərin yeni keyfiyyət mərhələsinə keçməsidir. Prezident İlham Əliyevin apardığı çoxvektorlu və praqmatik diplomatiya nəticəsində Azərbaycan artıq yalnız Avropa və türk dövlətləri ilə deyil, eyni zamanda, Yaxın Şərqin aparıcı gücləri ilə də strateji tərəfdaşlıq münasibətləri qurur. Bu baxımdan Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərin dinamik inkişafı xüsusi diqqət çəkir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında "İslahatçı Gənclər" İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.

O bildirib ki, ötən il BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi səfəri, xüsusilə onun Füzuli Beynəlxalq Hava Limanında qarşılanması və Şuşada keçirilən yüksəksəviyyəli görüşlər təkcə diplomatik protokol deyil, həm də güclü siyasi mesaj idi. Bu səfər Əmirliklərin Azərbaycanın ərazi bütövlüyünə və postmünaqişə reallıqlarına verdiyi açıq dəstəyin simvolik ifadəsi kimi qiymətləndirilməlidir. Şuşada imzalanan sənədlər isə ikitərəfli münasibətlərin uzunmüddətli inkişafı üçün konkret yol xəritəsi rolunu oynayır.

“Prezident İlham Əliyevin BƏƏ-yə son işgüzar səfəri Azərbaycanın Körfəz regionu ilə münasibətlərini strateji tərəfdaşlıq müstəvisinə çıxararaq siyasi etimad, enerji təhlükəsizliyi və müdafiə əməkdaşlığı üzrə keyfiyyətcə yeni mərhələyə yüksəltdi. Səfər, eyni zamanda, Azərbaycanın regional sabitlik və təhlükəsizlik təşəbbüslərində rolunun artdığını, Körfəz ölkələri ilə uzunmüddətli strateji sinerjinin əsaslarının qoyulduğunu təsdiqlədi. Səfər zamanı enerji əməkdaşlığı sahəsində atılan addımlar münasibətlərin iqtisadi sütunlarını daha da möhkəmləndirdi. “Cənub Qaz Dəhlizi” QSC-də qeyri-nəzarət payının bir hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG-yə satılması Azərbaycanın enerji təhlükəsizliyi arxitekturasında Körfəz kapitalının rolunu artırdı. Bu razılaşma bir tərəfdən ölkəmizin etibarlı enerji tərəfdaşı imicini gücləndirirsə, digər tərəfdən strateji layihələrə yeni maliyyə və texnoloji imkanlar açır”, - deyə siyasi şərhçi əlavə edib.

F.Şahbazlı qeyd edib ki, diqqətçəkən məqamlardan biri də Azərbaycan və BƏƏ arasında müdafiə sahəsində əməkdaşlığın institusional mərhələyə keçməsidir. Müdafiə nazirlikləri arasında imzalanan niyyət məktubu və “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimləri tərəflər arasında yüksək etimad səviyyəsindən xəbər verir. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan indiyədək bu səviyyədə birgə hərbi təlimləri yalnız Türkiyə ilə həyata keçirirdi. BƏƏ-nin bu sıraya qoşulması təhlükəsizlik sahəsində yeni strateji situasiyanın formalaşdığını göstərir.

“Enerji və təhlükəsizliklə yanaşı, investisiya və bərpaolunan enerji sahələrində əməkdaşlıq da münasibətlərin əsas istiqamətlərindəndir. "Masdar" şirkətinin Azərbaycanda həyata keçirdiyi layihələr ölkəmizin enerji keçidi strategiyası ilə Körfəz təcrübəsinin uğurlu sintezini nümayiş etdirir. Bütün bunlar Azərbaycanın Körfəz diplomatiyasında artıq sistemli və uzunmüddətli xətt formalaşdırdığını təsdiqləyir. Nəticə etibarilə, Prezident İlham Əliyevin BƏƏ-yə səfəri Azərbaycan-BƏƏ münasibətlərinin artıq klassik tərəfdaşlıq çərçivəsini aşaraq strateji müttəfiqlik mərhələsinə keçdiyini göstərir. Bu əməkdaşlıq təkcə iki ölkənin milli maraqlarına deyil, həm də regionda sabitlik, təhlükəsizlik və davamlı inkişaf üçün yeni imkanların yaranmasına xidmət edir”, - deyən QHT sədri fikirlərini yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Fevral 2026 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see238

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see220

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see218

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see214

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see212

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see196

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see190

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see183

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see176

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see172

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see167

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see161

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see157

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see153

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see149

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see144

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see144

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see143

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see142

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri