Icma.az
close
up
RU
Prezidentin “Əl Ərəbiyyə”yə müsahibəsi Azərbaycanın çoxvektorlu xarici siyasətinin aydın ifadəsidir RƏY

Prezidentin “Əl Ərəbiyyə”yə müsahibəsi Azərbaycanın çoxvektorlu xarici siyasətinin aydın ifadəsidir RƏY

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 27 avqust, AZƏRTAC

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi həm regional, həm də qlobal miqyasda strateji əhəmiyyət daşıyan çoxsaylı mövzulara Azərbaycanın ədalət prinsipinə söykənən milli maraqları kontekstindən aydınlıq gətirilməsi ilə diqqəti cəlb edir. Bununla yanaşı, dövlətimizin başçısının müsahibəsində yer alan fikirlər, yalnız ölkənin mövqelərinin ifadəsi baxımından deyil, həm də beynəlxalq auditoriyaya ünvanlanan siyasi mesajların məcmusu kimi qiymətləndirilə bilər. Çünki Prezident İlham Əliyevin müsahibəsində müasir dövrün aktual çağırışları ilə yanaşı, ötən əsrin əvvəllərində baş verən hadisələrin indiki regional nizamda doğurduğu nəticələr də aydın görünür. Bu xüsusda Prezident İlham Əliyevin Azərbaycanın XX əsrin əvvəllərində üzləşdiyi ən böyük faciələrdən birinə diqqət çəkməsi, zənnimcə xalqımızın tarix boyu qarşılaşdığı ədalətsizliklərlə yanaşı, Cənubi Qafqazda uzun illər boyu kənar ekspansiya nəticəsində yaranmış reallıqları da ifadə edir. Dövlətimizin başçısının müsahibəsində qeyd etdiyi kimi, 1920-ci ildə Qərbi Zəngəzurun Azərbaycan xalqının iradəsinə zidd olaraq, Ermənistanın inzibati sərhədlərinə daxil edilməsi nəticəsində Azərbaycan yalnız coğrafi deyil, həm də geosiyasi baxımdan iki hissəyə bölündü. Bu fakt təkcə bir ölkənin ərazi bütövlüyünə zərbə vurmaqla yanaşı, Cənubi Qafqazın gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən əsas amillərdən birinə çevrildi. Sovet dövründə sərhədlərin formal xarakter daşıması səbəbindən bu parçalanma kommunikasiya baxımından ciddi nəticələr doğurmasa da, müstəqilliyimizin bərpasından sonra Azərbaycan öz təbii coğrafi əlaqələrindən məhrum edildi, Naxçıvanla quru əlaqəsi isə yalnız İran və Türkiyə üzərindən mümkün oldu. Bu, həm iqtisadi, həm də siyasi baxımdan ölkənin inkişaf imkanlarını məhdudlaşdırdı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, məhz bu tarixi kontekstdən çıxış edən Prezident İlham Əliyev müsahibəsində Zəngəzur dəhlizi məsələsini gündəmə gətirərək, onun yalnız Azərbaycanın deyil, bütövlükdə regionun strateji maraqlarına cavab verdiyini vurğulayır. Dövlətimizin başçısının müsahibəsində də qeyd etdiyi kimi, bu dəhlizin açılması nəinki Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında birbaşa əlaqəni təmin edəcək, həm də beynəlxalq ticarət yollarının genişlənməsinə zəmin yaradacaq. Əslində, Zəngəzur dəhlizi konsepsiyası təkcə milli layihə deyil, Avropa ilə Asiyanı birləşdirən Orta Dəhlizin ayrılmaz hissəsi kimi çıxış edir. Burada söhbət, sadəcə, iqtisadi faydalardan deyil, həm də qlobal geosiyasi balansdan gedir. Bu xüsusda ABŞ tərəfindən irəli sürülən TRİPP marşrutu təşəbbüsü, əslində Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Çünki Bakı uzun müddətdir ki, Şərq-Qərb dəhlizinin əsas tranzit ölkəsi rolunu oynayır və bu dəhlizin daha bir marşrutunun Zəngəzur üzərindən keçməsi həm ölkənin, həm də regionun iqtisadi imkanlarını xeyli artıra bilər. TRIPP layihəsi göstərir ki, ABŞ bu regionun təkcə enerji resurslarının nəqli baxımından deyil, həm də logistika və ticarət baxımından strateji məkana çevrilməsində maraqlıdır. Beləliklə, Azərbaycan bu layihədə aparıcı rola sahiblənməklə həm öz milli maraqlarını təmin edir, həm də beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Deputat Prezident İlham Əliyevin müsahibəsində diqqət çəkən mühüm məqamlardan birinin də İranla bağlı olduğunu deyərək vurğulayıb: “Dövlətimizin başçısı bəzən qonşu ölkədə spekulyasiya vasitəsinə çevrilən məsələlərə müsahibə zamanı ətraflı aydınlıq gətirdi. Məlum olduğu kimi, rəsmi Tehran uzun müddət Zəngəzur dəhlizini regional maraqlarına zidd hesab edir və bununla bağlı yaxın qonşuluq münasibətlərinə uyğun gəlməyən, bir çox hallarda isə açıq aqressiv mövqe sərgiləyirdi. Azərbaycan tərəfi isə obyektiv reallıqları dilə gətirərək dəhlizin hər hansı bir ölkənin suverenliyinə toxunmadığını, yalnız tranzit əlaqələrini təmin edən bir layihə olduğunu vurğulayırdı. Azərbaycanın diplomatik səyləri və İran Prezidenti Məsud Pezeşkianın ölkəsinin də daxil olduğu regional geosiyasi mənzərəni düzgün istiqamətdə dəyişdirməsi, bu spekulyasiyaları beynəlxalq münasibətlər sistemində legitim statusu olmayan dedi-qoduçuların müzakirə predmetinə çevirdi. Prezidentin vurğuladığı kimi, İranla əməkdaşlıq çərçivəsində Araz dəhlizi layihəsi artıq reallığa çevrilməkdədir. Bu dəhliz həm Azərbaycanı, həm də İranı regional tranzit şəbəkəsinin mühüm həlqəsinə çevirir və nəticə etibarilə hər iki tərəfin maraqlarına cavab verir. Prezident İlham Əliyevin İran Prezidenti ilə münasibətlərini xüsusi olaraq qeyd etməsi isə göstərir ki, Bakı qarşıdurma yox, əməkdaşlıq modelini üstün tutur.

Azərbaycanın regional strateji vizionu təkcə Zəngəzur dəhlizi ilə məhdudlaşmır. Ölkə artıq uzun müddətdir ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən əsas tranzit məkan kimi fəaliyyət göstərir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Limanı və digər infrastruktur layihələri Azərbaycanın bu mövqeyini möhkəmləndirib. Zəngəzur dəhlizinin açılması isə bu şəbəkəni daha da genişləndirərək ölkəni beynəlxalq ticarət yollarının əsas mərkəzlərindən birinə çevirəcək. Bununla da Azərbaycan qlobal iqtisadi sistemin mühüm və ayrılmaz hissəsinə çevrilir”.

Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlərin, eyni zamanda, müxtəlif beynəlxalq aktorlara ünvanlanmış siyasi mesaj xarakteri daşıdığını qeyd edən E.Mirzəbəyli bildirib: “ABŞ və Avropa İttifaqı üçün bu, Azərbaycanın Qərb ilə əməkdaşlığa açıq olduğunu və regional sabitliyə töhfə vermək niyyətini ifadə edir. İran üçün bu, əməkdaşlıq alternativlərinin mövcudluğunu və qarşıdurmanın faydasızlığını göstərir. Rusiya üçün isə mesaj ondan ibarətdir ki, Azərbaycan müstəqil siyasət yürüdür və heç bir güc mərkəzinin diktəsi ilə hərəkət etmir. Ərəb dünyasına ünvanlanan mesaj isə Azərbaycanın İslam həmrəyliyi çərçivəsində əməkdaşlığa sadiqliyini və regionda sabitlik təşəbbüslərində fəal iştirakını əks etdirir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi Azərbaycanın çoxvektorlu xarici siyasətinin aydın ifadəsi kimi dəyərləndirilə bilər. Burada həm tarixi ədalətsizliklərin xatırladılması, həm də müasir dövrün qlobal çağırışlarına cavab verən strateji yanaşmalar öz əksini tapır. Azərbaycan lideri bir daha göstərdi ki, ölkə balanslaşdırılmış siyasət yürütməklə yanaşı, milli maraqlarını qətiyyətlə müdafiə edir və beynəlxalq əməkdaşlıqda konstruktiv mövqe tutur. Bu isə Azərbaycanın regional liderlik rolunu möhkəmləndirməklə yanaşı, onun qlobal siyasi və iqtisadi sistemdə əhəmiyyətini daha da artırır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Avqust 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri